![]() |
![]() |
AB-nin sonu 30 il əvvəl dağılmış SSRİ kimi ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban 1956-cı il macar üsyanının 66-cı ildönümü ilə bağlı çıxışında deyib.
“Gəlin, Macarıstana qaranlıqdan və yaxud Brüssel yüksəkliyindən atəş açanları narahat etməyək. Onlar sələfləri ilə eyni yerdə olacaqlar”, - Orban bildirib.
O qeyd edib ki, ilk imperiya bizə hücum edəndə burada idik, sonuncu dağılanda da burada olacağıq:
“Biz lazım olanda dözəcəyik və bacardıqca müqavimət göstərəcəyik. Biz şans yarananda qılıncı çəkirik və illərlə müqavimət göstəririk. Biz məğlubiyyətə səbir edəndə də qalib gəlirik”.