Ermənistan ilə Azərbaycan arasında müharibənin əsas səbəbi onların Azərbaycan ərazilərinə iddiasıdır.

Əgər əvvəlki prezidentlər bunu Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə hüququ” ilə əsaslandırmağa çalışırdısa, Paşinyan hakimiyyətə gəldikdən sonra “Qarabağ Ermənistandır və nöqtə” cümləsini quraraq ölkəmizə qarşı ərazi iddiasını birbaşa dilə gətirdi.

Bu sözləri Axar.az-a Paşinyanın BMT BA-nın 77-ci sessiyasındakı çıxışını şərh edən politoloq Fərhad Məmmədov deyib. Politoloqun sözlərinə görə, Paşinyan yenə də öz cəfəng çıxışı ilə beynəlxalq aləmi aldatmağa çalışıb:

“İndi Paşinyan BMT tribunasından İlham Əliyevin Azərbaycan dövlətinin tanımağa hazır olduğu Ermənistan xəritəsini göstərməsini istəyib. Məsələ isə odur ki, sözügedən problemin və müharibənin kökündə İrəvanın ekspansionist iddiaları dayanır. Ermənistan bugünədək ölkəmizin ərazi bütövlüyünü tanımayıb və beynəlxalq hüquqa görə Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu qəbul etmək istəmir. Biz də İrəvandan Azərbaycanın ərazi bütövlüyünü tanımasını və Qarabağın dövlətimizin tarixi və suveren ərazisi olduğunu etiraf etməsini tələb edirik. Ermənistan son iki ildə Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanıdığını dilə gətirir. Lakin onlar otuz ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayıb. İşğalın son iki ili isə Paşinyanın iqtidarı dövrüdür. Bu, Paşinyanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün etdiyi növbəti çıxışdır. Paşinyan və komandası birdəfəlik anlamalıdır ki, Ermənistanın ərazi bütövlüyünün tanınması yalnız və yalnız Azərbaycanın dünya tərəfindən qəbul edilmiş ərazi bütövlüyünün və suverenliyinin tanınmasından keçir”.

19 May 2025 "Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”