![]() |
![]() |
Onun sözlərinə görə, Qorbaçov bütövlükdə türk xalqlarının düşmənidir: "Onun ən böyük arzularından biri olan Azərbaycan ərazisini parçalayıb Ermənistana vermək idi ki, bu da gerçəkləşmədi. O bu arzusunun həyata keçirilməsinin iflasa uğradığını görərək öldü".
Musa Qasımlı sözlərinə belə davam edib: "O, Azərbaycan və türk xalqlarının nifrətini qazanmış sonuncu SSRİ rəhbəridir. Qazaxlardan soruşsanız, 1986-cı il Almatı hadisələrinə görə Qorbaçova nifrət etdiklərini bildirəcəklər. Eyni münasibəti digər türk xalqlarında da eşidə bilərsiniz".