![]() |
![]() |
Politoloq qeyd edib ki, Türkiyə-Azərbaycan-Gürcüstan dövlətləri birlikdə regional layihələrdə təşəbbüskar çıxış edirlər: “Məhz enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan iş birliyi Cənubi Qafqaz boru kəmərinin inşa olunması ilə nəticələndi. Daha sonra TANAP və TAP layihələri istifadəyə verilməklə qaz dəhlizi uğurla enerji təhlükəsizliyi sahəsində istifadəyə verilmişdir. Eyni zamanda, təhülkəsizlik sahəsində bu gün mühim tədbirlər həyata keçirilir və bu gün 3 ölkə müdafiə qabiliyyətinin artırılması ilə bağlı mühüm işlər icra edir. Türkiyə ilə Azərbaycan arasında olan səmimi dostluq münasibətləri bu gün hərbi mütəffiqlik səviyyəsinə qalxıb. “Şuşa” bəyannaməsi bunun sübutudur. Gürcüstanda iki türk dövləti arasında bağlantı kimi əlaqələrin qurulmasında bir körpü kimi iştirak niyyətindədir. Bakı-Tbilisi-Ceyhan Cənub Qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Gürcüstan da bu lahiyədə iştirak edə bilər və Türkiyə ilə Azərbaycanın irəli sürdüyü 3+3 platforması məhz Gürcüstanın da bu layihədə iştirak etməsini şərtləndirir. Gürcüstan müəyyən səbəblərdən bu layihədə iştirak etməkdən imtina edir. Təbii ki, bu, tutarlı səbəblərdir. Gürcüstan ərazisinin Rusiya tərəfindən işğalı ilə bağlıdır. Lakin düşünürəm ki, regional əməkdaşlığın dərinləşdirilməsi, iqtisadı sahədə intensivliyin artırılmasına xidmət edən əməkdaşlıqdan Gürcüstan boyun qaçırmayacaq. Həmçinin üçtərəfli sahədə əlaqələrin gücləndirilməsi ticari-iqtisadi fəaliyyətin daha da stimullaşdırılması ilə bağlı bu gün böyük potensial var. Hazırda isə o potensialın maksimum dərəcədə istifadə olunması tələb olunur. Beləliklə, Türkiyə-Azərbaycan-Gürcüstan arasında siyasi, iqtisadi, humanitar, mədəni, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yaxşı zəmin vardır. Xarici İşlər nazirlərinin görüşündə də bu sahələrin inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi məsələlərinə toxunulur. Gələcəkdə üçtərəfli şəkildə müxtəlif layihələrin işlənilməsi və uğurla istifadəyə verilməsi barədə fikir mübadiləsi aparılıb”.