Azərbaycanın 1-ci xanımı, 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təqdimata ehtiyacı yoxdur. Buna baxmayaraq, biz bu yazıda birinci xanımın fəaliyyətindən bəzi məqamlara toxunmaq istəyirik.

Birinci xanımın qısa bioqrafiyası

Mehriban Əliyeva Bakıda ziyalı ailəsində anadan olub. Atası Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.

Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu əlaçı diplomu ilə bitirib. 1988-92-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Mehriban xanım Heydər Əliyev Fonduna onun açılmasından- 10 may 2004-cü ildən bu günədək rəhbərlik edir. Fondun işinin əsas istiqaməti ən müxtəlif sahələrdə humanitar fəaliyyətdir. Bura valideyn himayəsindən məhrum uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Fond təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı proqramlar həyata keçirir.

Uğurlu fəaliyətinə görə, 2017-ci ildə vitse-prezident vəzifəsinə təyin olunub və hazırda bu vəzifədə çalışır.

Fond Azərbaycanın hüdudlarından kənarda da uğurlu layihələr həyata keçirir, ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Bu fəaliyyətlərinə görə, bir sıra ölkələrin və beynəlxalq təşkilatlarının orden və mükafatlarına layiq görülüb.

Humanizmin canlı mücəssəməsi

Humanizm, mərhəmət, vətənpərvərlik, xeyirxahlıq hisslərinə söykənən fəaliyyətilə cəmiyyətdə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı qarşısına qoyduğu başlıca məqsəd Azərbaycanda bu sahənin müasir dövrün əsas tələblərinə uyğun səviyyəyə yüksəldilməsi, potensial kadrların yetişdirilməsindən ibarətdir.

Fondun prezidenti Mehriban xanım Əliyeva 2005-ci ilin əvvəlində paytaxtda internat məktəbləri və uşaq evlərində olduqdan sonra "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı"nın hazırlanıb həyata keçirilməsini təmin edib.

Respublikamızdakı uşaq evləri və internat məktəblərindəki mövcud problemlərin həll olunmasına yönəldilən proqram fondun təhsil sahəsindəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. İlkin mərhələdə aparılmış monitorinqdən sonra uşaq müəssisələrində təhsil və sosial sahədə problemlərin həllinə yönələn 4 mühüm istiqamət: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilib.

Heydər Əliyev Fondunun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biri məhz "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi olub. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin ediliblər.

"Talassemiyasız həyat naminə" layihəsi isə bu xəstəliyin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanıb. Bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, bu istiqamətdə əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Heydər Əliyev Fondu təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, idmanın inkişafına xidmət edən konkret layihələrlə yanaşı, regional inkişaf tədbirlərinə də yaxından dəstək verir.

“Tanrı bağışlayanları sevir”

Azərbaycanın birinci xanımı üzərinə götürdüyü xoşməramlı missiya ilə həm də insan hüquqlarının qorunmasına, vətəndaş cəmiyyəti ideyalarının cəmiyyətdə daha da möhkəmlənməsinə, habelə cəza siyasətinin humanistləşdirilməsi prosesinə öz töhfələrini verir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə hələ 2007-ci ilin may ayında parlamentə təqdim etdiyi amnistiya aktı layihəsi ilə bağlı Mehriban xanım deyib: "Bu təşəbbüsü irəli sürərkən mən hesab edirdim ki, səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk. Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir".

Amnistiya aktı nəticəsində azadlıqdan məhrumetmə qismində cəza çəkən məhkumlardan təqribən 1500 nəfər cəzaçəkmə müəssisələrindən azad edildi, habelə azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəzalara məhkum olunmuş təqribən 7500 nəfər şəxs cəzasından azad edildi.

Ümummilli liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən fondun prezidenti Mehriban xanım Əliyeva humanizm və sevgi hisslərini oyadan milli bayramımız olan Novruz münasibətilə növbəti amnistiya təşəbbüsü irəli sürərək bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim etdi.

Ölkə parlamenti və Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Amnistiya aktı nəticəsində təqribən 9 min nəfər amnistiya aktının təsiri altına düşdü, 1.700 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edildi.

Fond cəmiyyəti mərhəmət və humanizm ruhunda kökləməyə yönəlmiş nəcib addımlarını bu gün də inamla davam etdirir. Cəmiyyətdə tam bir inam var ki, Heydər Əliyev Fondu bundan sonra da insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə töhfələrini verəcək.

“Yalnız elmlə, başqa cür heç kəs…

… heç kəsə üstünlük eyləyə bilməz”. Dahi Azərbaycan filosofu, alimi və şairi Nizami Gəncəvi bu müdrik kəlamı ilə elmin və təhsilin insan həyatında ən qiymətli sərvət olduğunu göstərib. Azərbayacnın birinci xanımının ən böyük amalı xalqın elmlənməsi, maariflənməsi və dünyada layiq olduğu yüksək yerə çıxmasıdır.

Məhz bu məqsədlə Fond bütün imkanlarından istifadə etməklə məktəb tikintisinə daha çox diqqət ayırır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib.

Layihə çərçivəsində yüzlərlə məktəb binası inşa və ya təmir olunaraq müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.

"Təhsilə dəstək" layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının verilməsi Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan 1-ci sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində hədiyyə etdiyi çanta və dərs ləvazimatı ilə sevindirir. Rusiya paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı da bu qəbildəndir.

Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olub. Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulub- bu əlaqələr, əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir.

Ölkəmizdə təhsilin sürətli inkişafı, gələcək nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, onların Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü məqsədyönlü işlər, ilk növbədə, milli ruha söykənən vətənpərvərlik hissinin təcəssümüdür.

Dövlətlər iqtisadiyyatı, millətlər mədəniyyəti ilə tanınır

Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami tapıb. Ötən dövrdə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın 1-ci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin bir istiqamətidir.

Bu sahəyə qayğını fəaliyyətində daim əsas tutan Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.

Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir.

Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanması olub. YUNESKO xətti ilə hazırlanmış alboma bu adın seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə ən nadir nümunələrinin bu torpağa məxsus olduğu nümayiş etdirilib.

2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalıb. Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar iştirak ediblər.

Heydər Əliyev Fondunun dəstəyi ilə mütəmadi olaraq Qəbələdə Beynəlxalq musiqi festivalı və pianoçuların müsabiqəsi keçirilir.

Ümumiyyətlə, Fondun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir və bunun mərkəzində milli genefondun inkişafı, xalqın minilliklərdən keçirib bugünə çatdırdığı mədəni, milli, əxlaqi dəyərlər sistemi dayanır. Fondun müxtəlif layihələrini birləşdirən ortaq nöqtə isə məhz milli genefondun qorunmasıdır.

I Avropa Oyunlarının və İslamiadanın təşkilində, keçirilməsində 1-ci xanımın əvəzsiz əziyyətini də mütləq qeyd etmək lazımdır. Məhz onun zəhməti, rəhbərlik etdiyi komandanın düzgün istiqamətləndirmə qabiliyyəti sayəsində Azərbaycan bu imtahandan da layiqincə çıxdı, bütün dünya mətbuatı Azərbaycanın təşkil etdiyi bu möhtəşəm tədbirlərdən yazdı.

Dünyaya humanizm ixracı

Heydər Əliyev Fondunun bir sıra ölkələrdə, o cümlədən Pakistanda təhsil, səhiyyə və humanitar sahələrdə gerçəkləşdirdiyi layihələri bölgə xalqı yüksək qiymətləndirir. 2005-ci ildən başlayaraq Pakistanda məktəb tikintisi, talesemiya mərkəzinin yaradılması, su təchizatı sisteminin quraşdırılması və bu kimi bir çox layihələrin həyata keçirildiyini, xeyriyyə tədbirlərinin keçirilməsi, hədiyyələrlə yanaşı bayram qurbanlıqların kəsilərək sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi Təhsil və Sosial Rifah İdarəsinin 5 mərkəzinə təqdim olunması Fondun adıyla bağlıdır və bu günədək yüzlərlə bu cür aksiyalar həyata keçirilib.

Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil sahələrində silsilə humanitar yardımlar proqramı icra olunmuşdur. Belə ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi inşa olunmuş, “Edhi Home” kimsəsizlər evlərində, “Akbar Care” Serebral İflic İnstitutunda, Lakki Marvat Uşaq və Qadın, Peşavar “Kulsum İnternational” klinikalarında “Hepatit B” virusuna qarşı peyvəndlər və müayinələr, habelə açıq ürək əməliyyatları aparılmış, Saif Fonduna maddi yardımlar edilmişdir.

Eyni zamanda, Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilmişdir.

Xayber göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşasına, İslamabadda Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar göstərilmişdir. 2014-cü ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev su təchizatı”, 2015-ci ildə isə Qucarxanda “20 Yanvar şəhidləri su təchizatı” layihələri icra olunmuş və ərazidə yaşayan on minlərlə sakin içməli su ilə təmin edilmişdir.

Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə 2012-2015-ci illər ərzində Ramazan və Qurban bayramları ilə əlaqədar Pakistanın paytaxtı İslamabadda, Ravalpindi, Fayzalabad, Peşavər, Karaçi, Lahor şəhərlərində və Pakistanın müxtəlif əyalətlərində əhalinin kasıb təbəqələri üçün iftar süfrələri təşkil olunmuş, həmçinin humanitar tədbirlər keçirilmiş, kimsəsiz uşaqlara və yaşlılara müxtəlif hədiyyələr təqdim edilmiş, qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmışdır.

Həmçinin, Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Farabi əlillər evinə, 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazımatlar hədiyyə edilmişdir.

Pakistan dövləti Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial layihələri yüksək qiymətləndirərək Fondun prezidenti Mehriban xanımı 2012-ci ildə “Humanizm rəmzi- 2012-ci ilin qadını”, 2013-cü ildə “Şəhid Bənazir Bhutto” mükafatları, 2015-ci ildə isə “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edib.

Əsl həyat yoldaşı nümunəsi

Birinci xanım indiyədək gördüyü işlərdə, fəaliyyətində həmişə həyat yoldaşının dəstəyini hiss etdiyini, ona güvəndiyini Moskvada çıxan “Baku” jurnalına bildirmişdi. Mehriban Əliyeva jurnala verdiyi müsahibəsində qeyd edir: “Ölkənin birinci xanımı olmaq asan deyil. Tədricən kameralara, sənə zillənən baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən. Ölkə prezidentinin həyat yoldaşı olmaq məsuliyyətli, çətin işdir. Sən yalnızca özünü və ailəni yox, həm də haradasa öz ölkəni təmsil edirsən. Sözlər, hərəkətlər, davranış hamısı yerində olmalıdır”.

Birinci xanım həmçinin həyat yoldaşı ilə mübahisə etmədiyini, prezidentin düşüncəsinə və dünyagörüşünə böyük önəm verdiyini deyir: “Ailə həyatındakı çoxillik təcrübəm mənə göstərib ki, İlham hər hansı problemi düzgün qiymətləndirə və nəticəni əvvəlcədən görə bilir. Mən onun məsləhətlərini dinləyirəm, amma öz intuisiyama da güvənirəm. Əlbəttə, elə hallar olur ki, bizim baxışlarımız tutuşmur. Amma bu, mübahisə üçün səbəb ola bilməz. Biz artıq çoxdan bir-birimizə hörmət etməyə öyrəşmişik”.

Mehriban Əliyeva məşhur “İzvestiya” qəzetinə verdiyi müsahibəsində isə prezidentlə şəxsi həyatları barədə belə danışmışdı: “İlhamla mənim çox şeylər barədə təsəvvürümüz eynidir. Biz təxminən oxşar mühitdə böyümüşük. Böyüdüyümüz mühit əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sadiq qala bilən Azərbaycan ziyalılarıdır. Belə köklərə malik olmaq xoşbəxtlikdir. Qadın, hətta əgər o, prezidentin xanımı da olsa, hər şeydən əvvəl, qadındır, ailədə sülhün, razılığın və məhəbbətin təminatçısıdır. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.

Müfəzzər sərkərdənin döyüş yoldaşı

Mehriban xanım ən ağır, ən çətin işlərdə, təhlükəli səfərlərdə öz həyat yoldaşını tək buraxmayıb, həmişə onun yanında olub. 2-ci Qarabağ müharibəsində var gücü ilə çalışdı və qələbə üçün öz töhfələrini verdi. Həm daxili, həm beynəlxalq arenada həqiqətləri çatdırmaq, ölkəmizə, xalqımıza haqq işində dəstək qazanmaq üçün mümkün olan hər şeyi etdi. Onun mətinliyi Azərbaycan qadınlarını ruhlandırdı və arxa cəbhədə qələbəyə inamla çalışmalarına töhfə verdi.

Müharibədən sonra azad olunmuş ərazilərə- minalardan təmizlənməmiş bölgələrə səfərdə onu həmişə prezidentimizlə yanaşı görmək olar. Mehriban xanım göstərdi ki, Azərbaycan qadını dünyanın ən humanist, ən qayğıkeş, ən sülhpərvər qadını olmaqla yanaşı, həm də lazım gəldikdə vətənini, xalqını qorumaq üçün öz paltarını hərbi geyimlə əvəz edib ən təhlükəli döyüş bölgəsində peyda ola bilər.

Azad olunmuş torpaqlarımızdan çəkilişlər edib öz sosial şəbəkə səhifəsində yaymaqla öz mətinliyini və səmimiyyətini sübut edən 1-ci xanımın hər belə paylaşımlarında “Sizin Mehriban” imzasını görən insanlar onun həqiqətən də bizim Mehriban olduğunu anlayırlar.

Bəli, o təkcə dövlətimizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri deyil, o bizim üçün ilk növbədə, sadəcə, bizim Mehribandır.

19 May 2025 "Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”