Milli.Az musavat.com-a istinadən yazını təqdim edir.

Rusiyalı ideoloq-alim Aleksandr Duqinin qızı Daryanın avtomobilinin partladılması və qızın öldürülməsi birmənalı olaraq terror aktıdır.

Burada iki rəy ola bilməz - aktın arxasında kimin durmasından, qızın ictimai-siyasi mövqeyindən asılı olmayaraq, bu, ağır cinayətdir.

Duqin qısaca "raşizm" adlandırılan rus faşizminin ideoloqu, ekstremist və mürtəce fikirlər müəllifi ola bilər, amma bu, onun avtomobilinin partladılmasına əsas vermirdi.

Həlak olan Darya da nə qədər atasının ardıcılı, onun irticaçı fikirlərinin dəstəkçisi olsa da, onun bu cür öldürülməsinə, ümumiyyətlə, həyatına sui-qəsd edilməsinə heç cür haqq qazandırmaq olmaz. Müharibədirsə, müharibənin də öz qanunları var. Duqin də, qızı da mülki şəxslərdir.

Hər dəfə belə ağır və müəmmalı cinayətlərdən sonra ortaya tutarlı və haqlı sual çıxır: "Bu terror aktının nəticəsi kimə sərf edir?"

Ötən əsrin ikinci hissəsinin onilliklərində dünya boyunca vüsət alan terrorçuluğun yeganə üstün cəhəti o idi ki, teraktı törədən təşkilat cinayətin məsuliyyətini tez bir zamanda öz üzərinə götürürdü və məqsədinin nə olduğunu bəyan edirdi.

Ancaq sonradan müəllifi bilinməyən, müəmmalı terror aktları törədilməyə başladı və bunların üstünü açmaq xeyli çətinləşdi. Çünki terrora məruz qalan tərəflərin gümanı ən azı üç yerə gedirdi və versiyalar bir-birinə dolaşıb çözülməz kələf yaradırdı.

Duqinin qızının qətli də o qrafadandır. Rusiya ilə Ukrayna müharibə vəziyyətində olduğundan, Duqin özü və qızı bu müharibədə Rusiyanın sərt tədbirlərinin qızğın dəstəkçisi kimi çıxış etdiklərindən bu terrora görə ilk güman Ukraynaya gedir.

Ancaq Rusiya-Ukrayna müharibəsinin başladığı fevral ayından bu günə qədər keçən yarım ildə prezident Zelenskinin atdığı addımlar, apardığı müharibə tərzi, yeritdiyi siyasi xətt göstərir ki, Ukrayna tərəfi cəlb olunduğu hərbi kampaniyada özünü "yaxşı və haqlı tərəf" kimi göstərir, müharibə qanunlarına maksimum riayət edir. Bu dövlət heç vaxt istəməzdi ki, müharibədə öz xeyrinə dönüş yarandığı bir vaxtda gənc bir qızın ölümünə nail olmaqla haqlıykən haqsız duruma düşsün.

Zelenskinin və Ukrayna generalitetinin elə bir məkrli niyyəti və əlində belə böyük imkanı olsaydı, terror aktı üçün daha ciddi və effektiv hədəf seçərdilər. Məsələn, vaxtaşırı Ukraynaya qarşı alman faşistlərindən betər açıqlamalar verən və ortalığı qarışdıran eks-prezident Dmitri Medvedyev, onun adaşı Roqozin və ya onların övladları hədəf seçilə bilərdi. Onlara baxanda Duqin kimdir ki? "Böyük Rusiya"dan və "xalqlararası sülh"dən danışa-danışa, üçdə alacağı, beşdə verəcəyi olmayan alimdir.

 

Bu qətl Rusiya ilə düşmənçilik aparan böyük güclərin işi ola bilərmi? Prinsipcə, ola bilər. Amma son illər həmin güclər siyasi mübarizədə teraktlardan istifadəni ya sıfırlayıblar, ya da çox azaldıblar. Hər halda yeni əsrdə qalmaqallı terror aktlarının altından həmin güclər çıxmır (müxtəlif dövlətlərdə çevrilişlərə cəhd istisnadır - bu, onların əsas və effektiv silahı olaraq qalır).

Duqinə qarşı sui-qəsdin Rusiyanın daxilində çəkişmədə olan hərbi-siyasi qüvvələrin intriqasının məhsulu ola biləcəyini də iddia edənlər var və çox da haqsız sayılmazlar. Ola bilər. Böyük çarpışmalarda nisbətən kiçik fiqurların qurban seçilməsi halları həmişə olur.

Açığı, bu hadisə adamın yadına 1933-cü ildə nasistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra reyxstağın yandırılması olayını salır. Məhz həmin hadisədən sonra Hitler bütün siyasi rəqiblərini sıradan çıxardı, öz sərt qərar və hərəkətləri, barışmaz tövrü üçün münbit zəmin əldə etdi və ta 1945-ci ilin aprelinə qədər Avropada terror rüzgarı əsdirdi.

Rusiyanın indiki hakimiyyəti də öz sərt hərəkətlərini bu terror aktı ilə əsaslandıra, Ukraynaya qarşı müharibədə güzəştsiz mövqe tuta, xalqı yenidən və daha güclü şəkildə öz ətrafında təmərküzləşdirə bilər.

Hər halda bu versiyanı da istisna etmək olmaz. Böyük dövlətlərin tarixində bu cür addımlar çox olur. Kremlin vaxtilə üsyankar çeçenləri birdəfəlik ram etmək üçün Moskvada bir neçə terror aktı törədərək hücum üçün yaxşı bəhanə əldə etməsinə dair ciddi iddialar var. Ümumiyyətlə, bu dövlətin təcrübəsində öz vətəndaşlarına qarşı daxildə və xaricdə törədilmiş çoxlu terror aktları olub.

Duqin özü fikir adamı olsa da, SSRİ ordusunun baş kəşfiyyat idarəsinin general-leytenantı olan Geliy Aleksandroviç Duqinin ailəsində doğulub-böyüyüb. Yəni hazırda 60 yaşı olan bu şəxs gözünü açıb dövlət təhlükəsizliyinin, böyük dövləti qorumağın nə olduğunu görüb, bu ruhda yetişib. Ona görə də onun özünün rus millətçisi kimi yetişməsi, qızının da o düşüncədə olması təbii idi.

Fəqət təbii olmayan məqam odur ki, hazırda Rusiyada Duqin kimi fikirləşən milyonlarla adam var. Onların birinin azalması sui-qəsdçilərin hədəfi ola bilməz. Başqa sözlə, Duqinin qızının qətli məqsəd olmayıb, sonrakı məqsədlərə çatmaq üçün vasitə kimi seçilib.

19 May 2025 "Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”