![]() |
![]() |
Rusiya müttəfiqləri və tərəfdaşları ilə birgə hərbi təlimlərin davam etdirilməsinin tərəfdarıdır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Ordu-2022” forumundakı çıxışında deyib.
"Biz müttəfiqlərimizi və tərəfdaşlarımızı birgə komanda-qərargah və digər növ təlimlərdə iştirak etməyə dəvət edirik. Əminəm ki, geniş hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə, səylərimizi və potensialımızı birləşdirməklə biz ölkələrimiz və bütövlükdə dünya üçün etibarlı təhlükəsizliyi və sabitliyi təmin edə biləcəyik", - Putin bildirib.