Azərbaycan ictimaiyyəti avqust ayının ilk günlərini antiterror əməliyyatları xəbərlərinə kökləndi.

Anar Rüstəm oğlu Kazımovun şəhid olması xəbərinin ardından avqustun 3-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmi olaraq "Qisas" antiterror əməliyyatı keçirdiyini bəyan etdi. Beləliklə, Qarabağda 10 noyabr Bəyannaməsinin müddəaları bərpa edildi və yerinə yetirilməyən öhdəliklərin həyata keçirilməsi prossesi sürətləndirildi. Bütün bu hadisələrin fonunda bütün ictimaiyyətin diqqəti ölkə başçısı cənab İlham Əliyevdən gələcək təhlillərə yönəldi. Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, ərzaq təhlükəsizliyi məsələlərinə, eləcə də, Qarabağda erməni təxribatlarının qarşısının alınmasına münasibət bildirib. İlk növbədə şəhid Anar Kazımovu xatırladan Ali Baş Komandan İlham Əliyev “Qisas” əməliyyatını təhlil edərək Azərbaycan Respublikasının beynəlxalq hüquq normaları çərçivəsindən çıxmadığını vurguladı: “Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq.”

Ermənistanın 10 noyabr Bəyannaməsində öz üzərinə götürdüyü öhdəlikləri açıq-aşkar ləngitməsi Azərbaycan Respublikasını təsiredici vasitələrə əl atmasına vadar edir. Bu hansı öhdəlikdir? Laçın yoluna alternativ yol 3 il ərzində planlaşdırılmalı və Azərbaycanla razılaşdırılmalı idi. Bu bəndin bəyannaməyə salınması haqqında cənab İlham Əliyev müsahibəsində deyir: “Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı.” Göründüyü kimi, Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, regiona bələdçiliyi, proqramist təhlil bacarığı bu gün Qarabağda strateji addımlar atmağa zəmin yaradıb. Belə ki, yeni Laçın yolunun inşası ilə bağlı ictimaiyyətin bilmədiyi uzun bir prosses baş vermişdir ki, cənab İlham Əliyev bu məqamları da xalqa təhlil etdi: “Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni, bu, faktiki olaraq manipulasiyadır. Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz.”

Dövlətin və ordunun ayıq-sayıqlığı Qarabağda yeni təxribatları vaxtından öncə aşkar edib zərərsizləşdirir. Bu fonda Qarabağda quruculuq-bərpa işləri də sürətlə gedir. Böyük Qayıdışa zəmin yaradılır. Artıq Zəngilanın Ağalı kəndi sakinləri öz yurd-yuvalarına qayıtdıblar. Görülən işlərlə paralel olaraq Laçındakı son hadisələr də yaxın gələcəkdə bizi narahat edən məqamlara son qoyulacağını müjdələyir. Cənab İlham Əliyevin təbirincə desək, biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq!

13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi