Avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Prezident cənab İlham Əliyev Laçında çəkilən yeni yol haqqında danışarkən bildirdi ki, 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir.

Yeni yolun çəkilməsinin əhəmiyyəti ondan ibarətdir ki, Laçın şəhərinin mərkəzindən keçən əvvəlki yola ehtiyac qalmayacaq və bu rayondan olan keçmiş məcburi köçkün soydaşlarımızın qısa zaman ərzində öz doğma yurd-yuvalarına qaytarılması mümkün olacaq. Yeni yolun çəkilməsi ilə əlaqədar olan bənd 10 noyabr Bəyannaməsinə məhz Prezident cənab İlham Əliyevin təkidi ilə salınıb ki, bu da dövlətimizin strateji maraqlarına xidmət edir. Artıq yeni yol hazırdır. Bu isə o deməkdir ki, Laçın şəhərinin mərkəzindən keçən əvvəlki yol artıq orada müvəqqəti yerləşdirilən sülhməramlıların nəzarətindən çıxaraq Azərbaycan Ordusunun nəzarətinə keçəcəkdir. Bununla yanaşı, həmin ərazidə Ermənistan tərəfindən qanunsuz şəkildə məskunlaşdırılılan insanlar da Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxarılır. Demək olar ki, bu proses yekunlaşmaq üzrədir. Həmin ərazilərdən qanunsuz məskunlaşdırılmış insanların çıxarılması Azərbaycan dövlətinin birmənalı tələbidir. Azərbaycan dövləti eyni zamanda humanist addım ataraq həmin insanların oradan çıxarılması üçün avqust ayının sonuna kimi vaxt da verib. Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış insanların oradan çıxarılması təbii haldır. Onlar orada yaşaya bilməzlər. Bu Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin tərkib hissələrindən biridir. Orada yaşayan insanları Ermənistan tərəfi Livan və Suriyadan köçürərək gətirib. Həmin insanlar bunun cinayət olduğunu anlamasalar da Ermənistan tərəfi bunu çox yaxşı anlayır. Odur ki, müxtəlif vasitələrə əl atmaqla Azərbaycanın səbrini sınağa çəkmək cəhdləri Ermənistan üçün yaxşı heç nə vəd eləmir. Orada qanusuz formada məskunlaşmış insanlar öz xoşları ilə çıxmalı və gəldikləri yerə də qayıtmalıdırlar. Çünki Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qısa zaman ərzində öz doğma sakinləri qayıdacaqlar. Artıq bununla bağlı Azərbaycan Prezidenti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müvafiq tapşırıqlar verilib.

Müsahibəsində Prezident cənab İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan öz öhdəliklərinə sadiqdir. Lakin Ermənistan isə yenə də fitnəkarlıqla məşğuldur. Ermənistanın vaxt uzatmaq cəhdləri heç bir nəticə verməyəcək və bunu birdəfəlik anlamaq lazımdır. Bu kimi vasitələrlə heç nə Ermənistanın xeyrinə dəyişməyəcək. Ermənistan ərazi iddialarından birdəfəlik əl çəkməli və Azərbaycanla normal münasibətlər qurmağa çalışmalıdır. Azərbaycan güclü dövlətdir və hazırda Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı işlər də bu gücün göstəricisidir. Qarabağda yaşayan erməni əsilli insanlar da əslində bu gücü görürlər. Sadəcə, burada yaşayan erməni əsilli insanlar dərk etməlidirlər ki, onlar Azərbaycan ərazisində yaşayırlar və Azərbaycan vətəndaşlarıdırlar. Onlar üçün heç bir əlavə status və imtiyazdan söhbət belə gedə bilməz. Azərbaycanda yaşayan vətəndaşlar və digər xalqların nümayəndələrinin hüquqları necə təmin olunursa, Qarabağda yaşayan ermənilərin də hüquqları o qaydada təmin ediləcəkdir.

13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi