“Ermənistanda anlamaq istəmirlər ki, indi ötən əsrin 90-cı illəri deyil və Azərbaycan da çox dəyişib, həm iqtisadi, həm də hərbi güc nöqteyi-nəzərindən.

Zaman da Azərbaycanın xeyrinə işləyir. Ermənistandakı bəzi qüvvələr əvəz çıxmağa, Qarabağı və ətraf rayonlarımızı yenidən işğal etməyə çalışırlar. Amma Azərbaycanla güc dili ilə danışmağın onlara nə qədər baha başa gələcəklərini bilməmiş deyillər. Məsələ burasındadır ki, Ermənistandakılar prosesi ən azından uzatmağa çalışırlar. Bu da həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan görüşlərdə əldə edilən razılaşmaların ruhuna ziddir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri, iki ölkə arasında sülh prosesinin indiki vəziyyəti, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları barədə Prezident İlham Əliyevin Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində dediyi kimi, qarşı tərəfə bizim cavab addımlarımız da adekvat olacaq: “Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, biz də Qərbi Zəngəzura iddia qaldıra bilərik. Zəngəzur mahalı bütün zamanlarda Azərbaycanın ərazisi olub. Azərbaycanda bolşevik hakimiyyəti qurulandan sonra Stalinin əmri ilə Ermənistana verilib. O dövrün hakimiyyət mənsubları bu itki ilə barışmaq məcburiyyətində qalıblar. Amma indi zaman fərqlidir, ölkəmiz regionda, dünyada müstəqil siyasət yürüdür, milli maraqlarımızdan çıxış edərək addımlarımızı buna görə atır. Eyni zamanda Azərbaycan haqlı tərəfdir, 30 il dünyada ədalət axtarıb, ərazilərinin bərpasına çalışıb, Ermənistanın təcavüzkar, işğalçı olduğunu dəfələrlə ən yüksək tribunalardan sübut edib. İkili standartların qəbuledilməzliyini bu platformadan çıxış edənlərin özlərinə birbaşa çatdırıb və bu addımların dünyada presedent olacağını xatırladıb. Bu gün Ermənistanın əvvəlki kimi, Qarabağa təsir etmək imkanlarının getdikcə zəifləməsində də Azərbaycanın yürütdüyü siyasətin böyük rolu var. Bu, reallıqdır. Qarabağda yaşayan ermənilər artıq görürlər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Qarabağda yaşayan ermənilər bunu nə qədər tez dərk etsələr, o qədər də yaxşı olar".

13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi