![]() |
![]() |
“Ermənilər hər zaman bu işlə məşğul olublar.
Onlar bir yerdə qərar tuta bilmirlər. Çünki xüsusilə qaraçı kökənli ermənilər hara onlar üçün xoşdu oranı vətən hesab edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, oradan getdikdən sonra isə istifadə etdikləri əşyaları heç kəs istifadə etməsin deyə yandırırlar, qırıb sökürlər: “Tarixə nəzər salsaq, bu, tək ermənilərə xas olan xüsusiyyət deyil. Bu vəhsiliklər genetik olaraq ermənilərin xislətindən doğan bir əlamətdir. Bunlar vandaldırlar. Nə gözəllik, nə də tarix sevirlər, çünki onların tarixi yoxdur. Ermənilərdə bir kompleks var, çünki onlar bir millət deyil, koorparasiyadır. Yəni ermənilər təkcə Laçında, Şuşada deyil, bir vaxtlar Kəlbəcərdən çıxarkən də bu cür vəhşiliklər törətmişlər. Yəni bir zamanlar unitazı belə götürüb aparıblar. Yaşadıqları ərazini tərk edərkən hər şeyi yandırırlar.
Onlar açıq şəkildə deyirlər ki, hər şeyi yandıracaqlar. Çünki orada əsasən Livandan, Suriyadan gələn ermənilər yaşayır, hansı ki, onlar qeyri-qanuni şəkildə yerləşdiriliblər. Fikir verirsinizsə, onlar hara gedirlərsə qədim qəbir daşlarını da özləri ilə aparırlar. Yeni məskunlaşdıqları ərazilərə həmin 200 illik baş daşını qoyurlar ki, guya bu torpalar onların ata-baba yurdlarıdır. Hər yerdə tarixi saxtalaşdırmaqla məşğuldurlar. Kəlbəcər ərazisində albanlara məxsus olan tarixi nümunələri mənimsəyə bilmədikləri üçün onu götürüb aparırlar. Onlar düşünürlər ki, tarixi nümunə hesab edilən hər şey yandırılmalıdır. Onlar öz xislətinə uyğun hərəkət edirlər. Hər zaman bizim paxıllığımızı çəkiblər. Biz onların bu hallarını adi bir hal kimi qəbul etməliyik".