![]() |
![]() |
ABŞ nüvə silahlarını öz ərazisindən kənarda yerləşdirməkdən çəkinməli və onları Avropadan çıxarmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Çun deyib.
“Çin nüvə özünümüdafiə strategiyasına sadiqdir və şəraitdən asılı olmayaraq bundan ilk istifadə edən ölkə olmayacağına söz verir”, - F.Çun bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Avropada nüvə silahını saxlaması Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir. Buna görə də ABŞ bütün nüvə silahlarını Avropadan çıxarmalıdır.