![]() |
![]() |
“Adlar insan üçün önəmli xarakter daşıyan bir məsələdir.
Çünki insan həyatı boyu həmin adla yaşayır və eyni zamanda da həmin adla dünyasını dəyişir”. Bu fikirləri SİA-ya açıqlamasında ilahiyyatçı-mütəxəssis Hacı Ağasəid Yaqubov bildirib.
Onun sözlərinə görə, hətta şəriətdə qeyd olunur ki, Allah taala axirət günündə həmin insanı öz adı ilə çağıracaq: "Buna görə də Peyğəmbər (ə) buyurur ki, valideynlər dünyaya gətirdikləri övladlarını gözəl adlarla zinətləndirsinlər. Uşaqlar gələcəkdə öz adlarından utanmasın, eyni zamanda öz adları ilə fəxr etsinlər. Övlad öz adını qoya bilmədiyi üçün əsas vəzifə valideynin üzərinə düşür. Valideyn ad qoyarkən onun məntiqi mənasına və gözəlliyinə fikir verməlidir. Ad qoyularkən adətən ata tərəfindən təklif olunur. Çünki övladlar atanın nəslini davam etdirir. Digər tərəfdən möhtərəm insanların, yaxud da İslam dinindən götürsək Allahın mələklərinin adlarını qoya bilərlər. Peyğəmbərimiz bizim üçün bir nümunədir. O öz övladlarına keçmiş peyğəmbərlərimizin adını qoymuşdur, zinət mənasını daşıyan adlar qoymuşdur. Bəzən də fikir verərik ki, bir ad çoxluq təşkil edir, nəsildə çox uşağa həmin ad qoyulur. Məsələn ən çox qoyulan adlardan biri də Əli adıdır. Elə Həzrəti Əlinin ailəsinə nəzar saldıqda görərik ki, bir neçə övladına Əli adı qoysa da onları müxtəlif ifadələrlə fərqləndirir.
Müsəlman aləmində şəxs böyüdükdən sonra özünə ləqəb də götürə bilər. Onun da övladı olduğu zaman övladına Həsən adını verərsə özünə “əbul” ləqəbini götürür ki, bu da Həsənin atası mənasına gəlir. Həmçinin insan sənət, peşə sahibi olduğu zaman da peşəsi onun adına çevrilmiş olur. Məsələn bir nəfərin adı Əlidir və peşəsi də dərzidir. O zaman həmin şəxsi dərzi Əli kimi də çağırırlar. Ona görə də adlar əsasən 3 istiqamətdə formalaşır. Biri insanın öz adı, digəri özünə götürdüyü ləqəb, digəri isə seçdiyi peşə ilə əlaqədar olur. Bunlar bir-birindən fərqlənir. Peyğəmbərimizin belə bir sözü vardır ki, "övladlarınıza elə ad qoyun ki, öz adlarından xəcalət çəkməsinlər”".