“Əvvəla onu xüsusi olaraq vurğulayaq ki, Tovuz döyüşləri ordumuzun qəhrəmanlıq, xalqımızın birlik nümayişi, erməni ordusu üzərində qələbələrin davamı, böyük Qələbəmizin başlanğıcı idi.

Bu sınaq xalqımızı birləşdirdi, ruhlandırdı, intiqam hissini alovlandırdı. Tovuz döyüşləri qəhrəmanlıq səlnaməsidir, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və daim fəxrlə anacağımız hadisədir. Məhz bu müharibədə, 4 gün davam edən Tovuz döyüşlərində Ermənistanın növbəti hiyləsi, növbəti planı iflasa uğradı. Azərbaycanın beynəlxalq kommunikasiya xətlərinin – Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolunun Tovuz rayon ərazisindən keçən hissəsini ələ keçirməklə ölkəmizin dünyaya çıxışını bağlamaq niyyətində olan Ermənistanın istəyi ordumuzun şücaəti, qəhrəmanlığı sayəsində boşa çıxdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.


Milli Məclisin deputatı bildirib ki, Ordumuzun birinci Qarabağ müharibəsindən sonra ilk uğurlu əməliyyatı Aprel döyüşlərində Lələtəpədə və Şərur rayonunun Günnüt kəndində olmuşdusa, Tovuz döyüşlərindəki əməliyyatlarda Azərbaycan ordusunun əsgər və zabitləri bir daha qələbənin uzaqda olmadığını qətiləşdirməklə yanaşı, "qüdrətli", "yenilməz" Ermənistan ordusu mifini də darmadağın etdilər: “Bütün dünya bir daha əmin oldu ki, üstündən 28 il keçməsinə baxmayaraq Azərbaycan xalqı haqqı olanı, torpaqlarını geri almaq, suberenliyini bərpa etmək gücündə və istəyindədir. Heç bir hərbi-siyasi güc Azərbaycan Ordusunun əməliyyatlarını durdurmaq, yolundan sapındırmaq gücündə deyil. Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaçdı. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəldilər. Fitnəkar, dail işğalçılıq siyasəti yürüdən Ermənistan cəbhədəki ağır uğursuzluğunu xalqdan gizlədərək, hərbi rəhbərliyin doğru olmayan məlumatlarını yayırdı. Xalqımız bu döyüşlərdə mərd, vətənsevər oğullarını - general-mayor Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, mayor Namiq Əhmədovu, mayor Anar Novruzovu, baş leytenant Rəşad Mahmudovu, gizir İlqar Zeynalovu, gizir Yaşar Babayevi, baş çavuş Vüqar Sadıqovu, çavuş Elçin Mustafazadəni, çavuş Nazim İsmayılovu, baş əsgər Elşad Məmmədovu və əsgər Xəyyam Daşdəmirovu itirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amma bu şəhidlər həm də öz ölümləri ilə minləri, milyonları ayağa qaldırdılar, Vətən uğrunda ölüm-dirim savaşına çıxmağın vaxtı gəldiyini insanlara çatdırdılar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin günlər bir daha bildirdi: "Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib". Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə çevrildi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun gücü qarşısında aciz və zəifdir”.

13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi