İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “BƏT-nin icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının müzakirələrinin nəticələri barədə məlumat, 205 saylı Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda dəyirimi masa keçirilib.


Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa bürosunun sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, həmçinin AHİK-in rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər.

S.Möhbalıyev çıxışında icbari əməyin qlobal xarakter daşıdığını və dünyada 21 milyona yaxın insanın icbari əməyin qurbanı olduğunu bildirib: “Bunlardan 880 mini Avropa İttifaqı ölkələrinin payına düşür ki, onların da 90 %-i özəl sektorda çalışanlardır. 68 faizini isə kənd təsərrüfatına, inşaata və ev işlərinə zorla cəlb olunanlar təşkil edir”.

Onun sözlərinə görə, Azərbaycan həmkarlar ittifaqları həmişə BƏT-nin Konvensiyalarının müddəalarının əsas prinsip və hüquqlarına əməl olunmasına ciddi yanaşır, əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsində, qanunların təkmilləşdirilməsi zamanı ekspertizada rəy və təkliflərini bildirməklə fəal iştirak edir: “Bundan sonra da 105 saylı Konvensiyanın tətbiqi ilə bağlı ətraflı müzakirələr davam etdiriləcək və əsaslı tədbirlər görüləcəkdir. Azərbaycan hökuməti və bütün maraqlı qurumlar BƏT-nin 105 saylı Konvensiyasının tətbiqinə böyük diqqət yetirir, Konvensiyada göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb təkmilləşdirilir. Əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsində irəliləyişlər nəzərdə tutulur”.

“AHİK icbari əməyin inkişafının qarşısını müəyyən qədər almaq məqsədilə ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir. Təsadüfi deyildir ki, sosial partnyorlarla imzaladığımız Baş Kollektiv Sazişin 4.1.10-cu maddəsi ilə uşaq əməyinin, icbari əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi nəzərdə tutulmaqla tərəflərin öhdəliyinə daxil edilib”, - S.Möhbalıyev qeyd edib.
BƏT-nin sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, AHİK-in şöbə müdiri Namiq Hüseynov və digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.

Qeyd edək ki, tədbir iki gün (29-30 iyun) davam edəcək.
 
 
 
 
 
 
 
 
13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi