Heydər Əliyev ömrü xalqın rifahına, dövlətin inkişafına, Vətənin çiçəklənməsinə həsr olunmuş ömürdür.

Çox xoşbəxtim ki, jurnalistlik fəaliyyətimdə, gənclik illərimdə o böyük şəxsiyyətin xarici səfərlərində iştirak edən jurnalistlərdən olmuşam. Bu səfərlərdə, eləcə də respublika əhəmiyyətli tədbirlərdə Ümummilli liderə sual vermək, cavab almaq imkanım olub. Bu imkan Heydər Əliyevin düşüncə miqyasını, təfəkkür diapazonunu, siyasət və dövlət xadimi olaraq peşəkarlığını və vətəndaş cəmiyyəti təmsilçilərinə yüksək səmimi münasibətini ifadə edirdi.

“Azərbaycan dünyaya Günəş kimi doğacaq!” deyən liderin özü xalqın parlaq Günəşiydi. Xalqımızın xoşbəxtliyi ondadır ki, ondan sonra dövlətin sükanı arxasında o böyük insanın layiqli siyasi varisi dayanıb.

15 oktyabr 2003-cü il Prezident seçkiləri ərəfəsində Ümummilli liderin xalqa müraciətində bu sözlər vardı: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm!”

İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi uğurlar o ümidin, inamın təntənəsi və yüksək təsdiqidir!

İlham Əliyevin ali hakimiyyətə gəlişindən bəri ölkəmizin əldə etdiyi böyük uğurların təməlində Heydər Əliyev siyasi və dövlət idarəetmə məktəbi, Heydər Əliyev irsi dayanır. 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərimizin sevincini Heydər Əliyevin ruhu ilə bölüşməyimiz də xalqımızın qədirbilənliyinin, siyasi yetkinliyinin, dövlətçilik təfəkkürünün ifadəsiydi. Heç təsadüfi deyildir ki, Müzəffər Ali Baş Komandanımızın 8 noyabr 2020-ci ildə xalqa müraciətində dediyi bu sözlər dillər ərzbəridir: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan!

Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Heydər Əliyevin həyatı məktəbdir. O məktəb öyrənmək istəyən, xeyirxahlıq etmək, öyrətmək istəyən, xidmət etmək istəyən bütün Vətən övladlarının üzünə açıqdır. – Heydər Əliyev məktəbinin qapısı ümidsizlik qapısı deyil, aydınlanma qapısıdır, zəka qapısıdır, inkişaf qapısıdır.

Çağdaş Azərbaycanın yeni inkişaf tarixi Ümummilli liderin adı ilə sıx bağlıdır. 29 il öncə - 1993-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli lider andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Heydər Əliyev siyasi sabitliyin təminatçısı idi. O, rəhbərlik etdiyi dönəmdə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı, ölkəmizin gələcəyini, inkişaf strategiyasını müəyyən etdi və həmin strategiyanın həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ümummilli liderin ikinci dəfə ali hakimiyyətə gəlişindən sonra çağdaş Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Zəmanəmizin böyük azərbaycanlısı ilk növbədə, respublikamızda ictimai-siyasi sabitliyin bərpa olunması yönündə gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Bu isə öz növbəsində respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən önəmli amil idi.

Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını yaratdı. Onun Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, çağdaş Konstitusiyasının hazırlanması və geniş müzakirələrdən sonra ümumxalq səsverməsinə çıxarılaraq qəbul edilməsi oldu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu yönündə davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin öz yerini alması üçün əsaslı zəmin yaratdı. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.

Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda respublikamızın siyasi-hüquqi sistemində müsbət anlamda əsaslı dəyişikliklər vaş verdi. Ardınca, müstəqil dövlətin hüquq bazasının gücləndirilməsi yönündə növbəti zəruri addımlar atıldı:

- məhkəmə islahatları həyata keçirildi,

- Konstitusiya Məhkəməsi və Ombudsman təsisatı yaradıldı,

- ölüm hökmü ləğv edildi və bu kimi digər onlarla inqliabi xarakterli demokratik təşəbbüs və ideyalar həyata keçirildi.

Ardıcıl, düşünülmüş siyasət nəticəsində, iqtisadi müstəqilliyin təmin olunması strategiyası, o cümlədən 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması; ölkəmizin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi olaraq gerçəkliyə çevrildi.

- Ordu quruculuğu məsələlərinə ayrılan xüsusi diqqət,

- Dünyanın siyasi xəritəsində Azərbaycanın haqq etdiyi yerə sahiblənməsi,

- Milli mətbuata göstərilən dəstək (o cümlədən, 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla ölkədə KİV üzərində senzuranın ləğvi),

- Ölkədə milli həmrəyliyi təmin edilməsi, o cümlədən birləşdirici Azərbaycançılıq məfkurəsinin inkişafı (Milli birlik rəmzinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Dünya Azərbaycanlıları ilə iş üzrə Dövlət Komitəsinin yaradılması, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi və s.),

- Azərbaycan dili ilə bağlı tarixi təşəbbüslər və müvafiq fərmanlar, digər hüquqi aktların qəbulu,

- Gənc nəslə diqqət və qayğının təmin edilməsi, müvafiq sahədə siyasəti həyat keçirən mərkəzi icra hakimiyyəti orqanının yaradılması, Müstəqil Azərbaycan Respublikası Gənclərinin Forumlarının keçirilməsi, gənc yazarlar üçün Prezident təqaüdünün təsis edilməsi və s.

Bu işlər hər biri ayrı-ayrılıqda böyük hadisələrdi; bu işlər bir-birini tamamlayan, üzvi surətdə əlaqəli olan hadisələr - bir bütövün parçalarıdır.

Ulu öndərin ruhu şad,

Dövlətimizin bayrağı uca olsun!

13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi