![]() |
![]() |
Azərbaycan torpaqlarının işğalı ilə bağlı vəziyyət Minsk qrupu həmsədrləri və Ermənistan üçün məqbul olsa da, Azərbaycan üçün tamamilə qəbuledilməz idi.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.
“İşğalla bağlı vəziyyət Ermənistan üçün, Minsk qrupunun həmsədrləri üçün məqbul idi, bizim üçün qəbuledilməz idi. Biz azlıqda idik”, - İlham Əliyev bildirib.