![]() |
![]() |
Ukrayna Prezidenti Vladimir Zelenski üç il əvvəl prezidentliyə namizədliyini irəli sürərkən etdiyi seçimdən peşman deyil.
Axar.az xəbər verir ki, bu barədə “Tayms”a müsahibə verən Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Jurnalist bildirir ki, Vladimir Zelenski zahirən çox dəyişib:
“Mən yaşlandım. Bu, rus əsgərlərinin törətdiyi ölüm və işgəncələrinə görədir”, - o bildirib.
Zelenskidən üç il əvvəl prezidentliyə namizəd olmaq üçün etdiyi seçimindən peşman olub-olmadığı soruşulduqda, o, “bir saniyə belə peşman olmadığını” deyib.
Qeyd olunur ki, artıq onun üzündə yeni qırışlar əmələ gəlib və Zelenski sualın cavabını düşünür, məsləhətçilərini axtarmır.