![]() |
![]() |
G20-nin rəhbəri və İndoneziya Prezidenti Coko Vidodo Ukrayna Prezidenti Vladimir Zelenskini qurumun sammitinə dəvət edib.
Axar.az xəbər verir ki, bu barədə Vladimir Zelenski özünün Tvitter səhifəsində yazıb.
“İndoneziya Prezidenti Coko Vidodo ilə danışdım. Suverenlik və ərazi bütövlüyünün dəstəklənməsinə, xüsusən də BMT-də aydın mövqeyə görə təşəkkür etdim. Biz ərzaq təhlükəsizliyi məsələsini də müzakirə etdik. G20 sammitində iştirakə dəvət üçün təşəkkür edirəm”, - Zelenski bildirib.