![]() |
![]() |
Rusiya müdafiə nazirinin nə dediyi mənə bəlli deyil.
Bilirəm ki, Mariupolun böyük hissəsini onlar çoxdan işğal ediblər. Bunu gözəl bilirik. Şəhərimizin bir hissəsində də hərbçilərimiz qalmaqdadır və müqavimət göstərirlər.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Vəziyyət kritik həddədir. Lakin dünəndən bəri situasiya dəyişməyib. 120 minə yaxın dinc sakin blokadada qalıb", - Zelenski bildirib.
Qeyd edək ki, Rusiya MN rəhbəri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzəsində Mariupolun tam işğal olunduğunu bildirmişdi.