![]() |
![]() |
İraqın paytaxtı Bağdadda bu səhər başlayan qum fırtınası gündəlik həyata mənfi təsir edib.
Axar.az xəbər verir ki, güclənən qum fırtınası səbəbindən Bağdadda görmə məsafəsinin azalması nəqliyyatın hərəkətində problemlər yaradıb.
İraq Meteorologiya İnstitutundan verilən yazılı açıqlamada qum fırtınasının həftə sonuna qədər davam edəcəyi bildirilib.