NECƏ QAN AĞLAMASIN DAŞ BU GÜN - AzTU-dan Təhsil Nazirliyinə kimi uzanan haqsızlıq

Təhsil sistemində xaos yaşanır. Bunu təhsilin bütün pillələrinə aid etmək olar.

Özbaşınalıq, mənəm-mənəmlik, mütləqi-hakimlik o həddə çatıb ki, haqq və hüququ pozulan müəllim, tələbə Təhsil Nazirliyinə, Prezident Administrasiyasına şikayət edəcəyini bildirdiyi təqdirdə də, buna əhimiyyət verən yoxdur.

Faktinfo.az saytı xəbər verir ki, mənəm-mənəmliyin, mütləqi-hakimliyin baş alıb getdiyi ali məktəblərindən biri də Azərbaycan Texniki Universitetidir (AzTU). Son illər bu universitetdə müəllimlərin hüququnun pozulduğunu və orada "islahat" adı altında yürüdülən siyasəti təhsil naziri Emin Əmurullayev də bilməmiş deyil. Bircə qalmışdı məzunun diplomunu verməmək, onu da gördük.

Belə ki, Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsini 2021-ci ildə bitirən Davudov Pərviz Rahim oğlu AzTU-dan diplomunu ala bilmir. O, 11.04.2022-ci il tarixinə kimi dəfələrlə AzTU-nun rektoru Vilayət Vəliyevin, Tədris hissə şöbəsinin müdiri Ərəstun Məmmədovun, fakültə dekanının yanında olub, diplomunun nə səbəbə verilməməsi ilə maraqlanıb. Məlum olub ki, zamanla qarşılıqlı razılıq məktubuna əsasən, Sumqayıt Dövlət Universitetindən Azərbaycan Texniki Universitetinə köçürülən Pərviz Davudovun adı sonradan Təhsil Nazirliyinə göndərilən tələbələrin siyahısına salınmayıb. Köçürülmə qanunidir, keçmiş təhsil naziri Ceyhun Bayramovun dövrünə təsadüf edib, nazirin də tələbə köçürməsinə dair mövcud məktubda imzası var. Yəni, burada qanunsuz heç nə yoxdur. Sadəcə AzTU-nun o zamankı rektor əvəzi Xalıq Yahudov və Tədris hissə şöbəsi müdirinin məsuliyyətsizliyi ucbatından universitetdən Təhsil Nazirliyinə göndərilən siyahıda Pərviz Davudovun adı və soyadı texniki səhv olaraq, qeyd edilməyib. Son bir il müddətində isə AzTU-nun hazırkı rəhbərliyi bu texniki səhvi aradan qaldıra bilmir. Sual olunar, bu tələbənin günahıdır?!

Məktubu tərtib edən və onu təhsil nazirliyinə təqdim etməli şəxs Pərviz Davudov idi ki, bu günə kimi onun diplomu verilmir?! Axı tələbə köçürməsinin qanuni olduğunu Təhsil Nazirliyi təsdiqləyirsə, məzuna da bitirdiyi universitetə müraciət etməli olduğu məsləhət bilinirsə, niyə rektor Vilayət Vəliyev, Tədris hissə şöbəsinin müdiri Ərəstun Məmmədov məzuna universiteti bitirdiyinə dair arayış vermirlər ki, özünə iş tapan Pərviz Davudov bunu lazım olan yerə təqdim etsin?! Nədir bu ötür-ötür oyunu. Niyə vətəndaş yaşadığı məmləkətdə belə hallara görə narazı salınmalıdır?!

Vilayət Vəliyev necə rektordur ki, bir telefon zənginə bağlı olan məsələ uzanır, Pərviz Davudov təhsil nazirliyi ilə AzTU arasında get-gələ salınır. Yox, Pərviz Davudovun diplomu veriləsi deyildisə, onun adı diplom müdafiəsi edən tələbələrin siyahısına niyə salınırdı?! Hara baxırdı, Tədris hissə şöbəsinin müdiri Ərəstun Məmmədov cənabları?! Eləcə də, Pərviz Davudov diplom müdafiəsini etmişdisə, diplom verilməli məzunların siyahısı 2021-ci ilin yayında Təhsil Nazirliyinə göndəriləndə onun adı yenə orada nədən olmayıb. Təkrarçılıqla bir tələbəyə dair iki dəfə texniki səhvə yol vermək şübhələnməyə əsas vermirmi ki, kimlərsə Pərviz Davudovdan nəsə təmənna edib, o da buna etinasız yanaşıb?

İndi necə qan ağlamasın daş bu gün ki, AzTU-dan Təhsil Nazirliyinə kimi uzanan haqsızlığa rəvac verənləri cəzalandıran yoxdur.

       Mövzuya qayıdacağıq.

13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi