"Yol-xeber.az"un xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərinə baxış keçirib.

 

Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin layihə çərçivəsində inşa edilən tunel və avtomobil körpülərinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Saleh Məmmədov layihədə çalışan işçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə müvafiq göstərişlər verib.

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən I texniki dərəcəli və 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. 

Yol boyu 7 tunelin tikintisi aparılır. Tunellər şərti olaraq T1A(3 340m), T1(314.9 m), T2(556.9m), T3(680.3 m), T4(540.6m), T5(454.8m) və T6(446.3 m) adlandırılır. 

Qazma işləri bir-neçə tuneldə artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır. 

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı yol boyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur. 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. 

4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 

 

30 May 2025 Güclü siyasi iradə, qətiyyət və xalqın maraqlarına sadiqlik
29 May 2025 “Kaspi kids”də döyülən uşağın atası danışdı - “Pul təklif etdilər”+Video
26 May 2025 Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub
26 May 2025 28 May müasir inkişaf yolunun təməl tarixidir
23 May 2025 "AXC bugünkü müstəqil Azərbaycanın təməlini atmış oldu" - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 “Dönər satılan yerin ümumi görünüşü çox şey deyir” - EKSPERT DANIŞDI
23 May 2025 "Bitkoinin qiyməti iki dəfə yüksələrək 110 min ABŞ dolları civarında qərarlaşmışdır" - EKSPERT FİKRİ
23 May 2025 "TDT ilk dəfə müşahidəçi statusuna malik bir ölkədə toplandı" - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 “Möminə xatun türbəsi xalqımızın milli sərvətidir” - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 "Dondurma alarkən onun qoxusuna diqqət yetirilməlidir" - AYDINLIQ GƏTİRİLDİ
23 May 2025 Azərbaycanın təşəbbüsləri fonunda strateji əməkdaşlıq nümunəsi
22 May 2025 "İnsanların ekoloji şüuru artırılmalıdır" - EKOLOQ DANIŞDI
22 May 2025 "Problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır" - MÜNASİBƏT BİLDİRİLDİ
22 May 2025 Qurban bayramı ilə bağlı fitva verildi
21 May 2025 Strateji tərəfdaşlıq və milli maraqlara əsaslanan siyasət
19 May 2025 "Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI