İsrail Dövlətinin Prezidenti İshaq Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

 

Axar.az məktubun mətnini təqdim edir:

"Zati-aliləri,

İcazə verin, İsrail Dövləti və xalqı adından bu əlamətdar gün - ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi təbrik edim.

Bu ildönümü İsrail Dövləti və Azərbaycan Respublikası arasında yaxşı ikitərəfli münasibətlərdən, o cümlədən siyasi, iqtisadi, mədəni və bir çox müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu bildirmək üçün gözəl fürsətdir. Münasibətlərimizin yenilənməsi ilə əlamətdar olan bu hadisə mənim üçün xüsusilə əzizdir, belə ki, İsrailin mərhum VI Prezidenti, mənim atam Haim Hersoq həmin vaxtı dövlət başçısı idi.

İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.

Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim. Həmçinin Sizi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməkdən böyük məmnunluq hissi duyuram.

Qoy bu münasibətlərimiz gələcəkdə daha da genişlənsin və dərinləşsin".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz növbəsində İsrail Dövlətinin Prezidenti İshaq Hersoqa məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.

Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etmiş, dostluq əlaqələrimiz daha da möhkəmlənmişdir.

Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan yəhudi icması, həm İsraildə, həm də dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə öz töhfələrini verməkdədilər.

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin, səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İsrail xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

30 May 2025 Güclü siyasi iradə, qətiyyət və xalqın maraqlarına sadiqlik
29 May 2025 “Kaspi kids”də döyülən uşağın atası danışdı - “Pul təklif etdilər”+Video
26 May 2025 Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub
26 May 2025 28 May müasir inkişaf yolunun təməl tarixidir
23 May 2025 "AXC bugünkü müstəqil Azərbaycanın təməlini atmış oldu" - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 “Dönər satılan yerin ümumi görünüşü çox şey deyir” - EKSPERT DANIŞDI
23 May 2025 "Bitkoinin qiyməti iki dəfə yüksələrək 110 min ABŞ dolları civarında qərarlaşmışdır" - EKSPERT FİKRİ
23 May 2025 "TDT ilk dəfə müşahidəçi statusuna malik bir ölkədə toplandı" - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 “Möminə xatun türbəsi xalqımızın milli sərvətidir” - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 "Dondurma alarkən onun qoxusuna diqqət yetirilməlidir" - AYDINLIQ GƏTİRİLDİ
23 May 2025 Azərbaycanın təşəbbüsləri fonunda strateji əməkdaşlıq nümunəsi
22 May 2025 "İnsanların ekoloji şüuru artırılmalıdır" - EKOLOQ DANIŞDI
22 May 2025 "Problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır" - MÜNASİBƏT BİLDİRİLDİ
22 May 2025 Qurban bayramı ilə bağlı fitva verildi
21 May 2025 Strateji tərəfdaşlıq və milli maraqlara əsaslanan siyasət
19 May 2025 "Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI