Milli Məclisin sədri Sahibə Qafarova
Monteneqro parlamentinin sədri ilə görüşüb
Yanvarın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Spiker qonaqları salamlayaraq, Azərbaycanla Monteneqro arasında əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Bildirilib ki, bu gün siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız inkişaf etməkdədir. Ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizə impuls verib. Dövlətlərimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.
Milli Məclisin sədri bildirib ki, münasibətlərimizin daha da inkişafına parlamentlərimiz özünəməxsus töhfə verməkdədir. Spiker hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təcrübə və qanunvericilik sahəsində informasiya mübadiləsi baxımından önəmli hesab edib. Bildirilib ki, deputatların mütəmadi səfərləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. O cümlədən, parlamentarilərin beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığı məmnunluq doğurur.
Sahibə Qafarova 44 günlük Vətən müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz gücü hesabına əzəli torpaqlarını Ermənistanın işğalından azad etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, uzun illər kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycan tərəfindən həyata keçirilib, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. Spiker həmçinin, Ermənistanın 30 illik işğalının nəticələri barədə məlumat verib. Bildirilib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Biz Qafqazın bu bölgəsində, Azərbaycan Prezidentinin dediyi kimi, müharibədən yox, sülhdən danışmaq istəyirik. Ümid edirik ki, Sülh Sazişi tezliklə imzalanacaqdır.
Səmimi görüş və ölkəmizə rəsmi səfərə dəvətə görə minnətdarlığını bildirən Monteneqro parlamentinin sədri Aleksa Beçiç Azərbaycana səfərindən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, Monteneqro ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Qonaq əmin olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı aparılacaq danışıqlar münasibətlərimizin dərinləşməsinə öz müsbət təsirini göstərəcək. O, bütün sahələr üzrə əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar olduğunu söyləyib.
Monteneqro parlamentinin rəhbəri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibətilə xalqımızı təbrik edib.
Aleksa Beçiç COVİD-19 pandemiyası ilə mübarizədə ölkəsinə göstərilən yardıma görə Azərbaycan tərəfinə öz minnətdarlığını ifadə edib. Belə bir fikir vurğulanıb ki, qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsi digər sahələrin də inkişafına öz müsbət təsirini göstərir.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, deputatların beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığı və dəstəyin davam etdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
30 May 2025 Güclü siyasi iradə, qətiyyət və xalqın maraqlarına sadiqlik
29 May 2025 “Kaspi kids”də döyülən uşağın atası danışdı - “Pul təklif etdilər”+Video
26 May 2025 Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub
26 May 2025 28 May müasir inkişaf yolunun təməl tarixidir
23 May 2025 "AXC bugünkü müstəqil Azərbaycanın təməlini atmış oldu" - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 “Dönər satılan yerin ümumi görünüşü çox şey deyir” - EKSPERT DANIŞDI
23 May 2025 "Bitkoinin qiyməti iki dəfə yüksələrək 110 min ABŞ dolları civarında qərarlaşmışdır" - EKSPERT FİKRİ
23 May 2025 "TDT ilk dəfə müşahidəçi statusuna malik bir ölkədə toplandı" - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 “Möminə xatun türbəsi xalqımızın milli sərvətidir” - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 "Dondurma alarkən onun qoxusuna diqqət yetirilməlidir" - AYDINLIQ GƏTİRİLDİ
23 May 2025 Azərbaycanın təşəbbüsləri fonunda strateji əməkdaşlıq nümunəsi
22 May 2025 "İnsanların ekoloji şüuru artırılmalıdır" - EKOLOQ DANIŞDI
22 May 2025 "Problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır" - MÜNASİBƏT BİLDİRİLDİ
22 May 2025 Qurban bayramı ilə bağlı fitva verildi
21 May 2025 Strateji tərəfdaşlıq və milli maraqlara əsaslanan siyasət
19 May 2025 "Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI