ADAU-nun rektoru, professor İbrahim Cəfərov tələbələrilə yanaşı ictimaiyyətə, mediaya müraciət edib, obyektivliyi ilə seçilən, qapıları hər zaman hər kəsin üzünə açıq olan təhsil ocağında imtahanları canlı izləməyə dəvət edib. Millidestek.az hörmətli professor İ.Cəfərovun müraciətini təqdim edir:

"Əziz tələbələr, valideynlər, professor-müəllim heyəti, KİV nümayəndələri!

2021-2022- ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin 10.12.2021-ci il tarixli F-570 nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetində də imtahanlar başlayır. Müvafiq əmrə əsasən universitetdə bütün hazırlıq işləri aparılmış, tədris işləri prorektor Anar Hətəmovun rəhbərliyi altında imtahan qərargahı yaradılmış, imtahanların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür. Boloniya prosesinə uyğun olaraq imtahanlar test, yazılı və şifahi üsullar ilə götürüləcəkdir, bununla bağlı tələbələrə bütün məlumatlar və imtahan sualları əvvəlcədən verilmişdir. 05 yanvar 2022- ci il tarıxdən başlayaraq 01 fevral 2022-ci il tarixədək imtahan proseslərini izləmək olar. Üzümü bütün maraqlı tərəflərə, tələbə valideynlərinə, təhsil ekspertlərinə, KİV nümayəndələri, nəhayət istənilən vətəndaşa tutaraq deyirəm ki, bu müddətdə bizim qapılar hər kəs üçün açıqdır, buyurun, gəlin və istədiyiniz qrupun imtahan prosesində iştirak edin. Pandemiya ilə bağlı bütün qaydalara əməl etməklə proses hər kəs üçün açıqdır. Sonda tələbələrimə uğurlar arzu edirəm, imtahan bilik yarışması, öyrəndiklərini nümayiş etdirmək üçün bir meydandır. Buyurun, bir daha hər kəsə uğurlar!".





13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi
23 Aprel 2025 Azərbaycan dili bizim milli sərvətimizdir