![]() |
![]() |
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Dövlət başçısı Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə NATO-nun Baş katibinə minnətdarlığını bildirib.
Prezident Azərbaycan ordusunun koalisiya qüvvələri çərçivəsində bu ölkəni sonuncu tərk edənlərdən biri olduğunu xatırladıb.