Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin

qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq Sumqayıt Dövlət Universitetində tədris prosesi onlayn və oflayn formada təşkil olunmuşdur. Tədris olunan fənlərin xüsusiyyətindən asılı olaraq dərslərin bir hissəsi yaradılmış WhatsApp qrupları əsasında keçirilir. Burada dərslər universitetdə keçirilən dərs cədvəllərinə uyğun aparılır, mühazirə müəlliminin mühazirəsi WhatsApp qrupa daxil olan tələbələrinin iştirakı ilə oxunulur. Mühazirə və məşğələ müəllimlərinin birgə işləməsi nəticəsində tələbələrə dərslər aydın şəkildə başa salınır.
Universitetdə daha çox istifadə olunan sistemlərdən biri tələbələrin dərslərinin oflayn qaydada təşkilinə hədəflənən, SDU-nun da tərəfdaşı olduğu Erasmus+ layihəsi çərçivəsində hazırlanmış “Moodle” sistemidir. Müəllim və tələbələr sistemdən istifadə etmək üçün yaradılmış moodle.sdu.edu.az saytında qeydiyyatdan keçirlər. Müəllimlər dərsin mənimsənilməsi üçün tələb olunan materialları sayta yerləşdirirlər, tələbələr isə istədikləri vaxt bu materiallardan istifadə edərək dərslərə hazırlaşırlar.
Universitetdə, həmçinin, dərslərin təşkili üçün “Zoom meeting online” və “Trueconf online” sistemlərindən də istifadə edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Microsoft şirkətinin texniki dəstəyi ilə tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadə məsləhət görülmüşdür. Bunu nəzərə alaraq Sumqayıt Dövlət Universitetinin tələbələri “Microsoft Teams” onlayn platforması üzərindən canlı rejimdə təşkil edilən onlayn dərslərdə iştirak edirlər.
Eyni zamanda tələbələr dərsləri ilə yanaşı asudə vaxtlarını da səmərəli keçirirlər. Tələbə Gənclər Təşkilatı, Tələbə Gənclər Klubu “Evdə qal” aksiyasına könüllü dəstək olur, onlayn formada görüşlər təşkil edirlər.
Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan etdiyi koranavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində universitetin Tələbə Gənclər Təşkilatı onlayn psixologiya dərnəyi, İntellektual oyunlar, “Şeir müsabiqə”si, Kitab Conversation, Rəsm klubları ilə keçirdikləri onlayn görüşlər nəticəsində təşkilatın üzvləri ilə birliklərini nümayiş etdirirlər. Universitetin “Səma” rəqs ansamblının kollektivi milli rəqsləri ilə könülləri riqqətə gətirir. Klubda fəaliyyət göstərən rəssamlıq və dekorativ sənətlər dərnəyinin üzvləri rəssamlıq və dekorativ sənət nümunələrini onlayn nümayiş etdirirlər. Keçirilən onlayn tədbirlərin linkləri sonda göstərilmişdir.
Bu günlərdə Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı fəaliyyətinin 15 illik yubileyini onlayn formada qeyd etdi. Ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və bir çox ali təhsil müəssisələrinin tələbələri Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının 15 illik yubileyini onlayn formada təbrik etdilər və fəaliyyətlərinə uğurlar arzuladılar. Onu da qeyd edək ki, təşkilatın yubileyi pandemiya əleyhinə tədbirlər sona çatdıqdan sonra universitetdə geniş qeyd olunacaq.
Hazırda SDU-da Tələbə Gənclər Klubu və Tələbə Gənclər Təşkilatı gənclərin asudə vaxtının səmərəli təşkili, onların dövlətçilik ruhunda tərbiyə olunması, vətənpərvərlik ruhunun artırılması və s. istiqamətdə görülən tədbirləri onlayn formada davam etdirirlər.

                                Cəlilli Nazxanım adlı şəxsin şəkli.
               Cəlilli Nazxanım adlı şəxsin şəkli.
                              Cəlilli Nazxanım adlı şəxsin şəkli.
 
 
 
                          Cəlilli Nazxanım adlı şəxsin şəkli.
                         Cəlilli Nazxanım adlı şəxsin şəkli.
 
 
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi
23 Aprel 2025 Azərbaycan dili bizim milli sərvətimizdir
21 Aprel 2025 "Mühüm olan miqdarı, keyfiyyəti və istifadənin düzgün şəklidir" - İZAH EDİLDİ
18 Aprel 2025 AZTV-NİN CANLI ƏFSANƏSİ
17 Aprel 2025 Təhsil İşçilərinin Hüquqlarının Müdafiəsində qətiyyətli səs – Araz Paşayev
14 Aprel 2025 Göz nurunun keşiyində duran xanım- Akademik Zərifə Əliyeva