Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdir.

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevin bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevə qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Ədalət Babayev dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və Əhməd Əhmədzadəyə, xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.

Çox saylı yazıları nəzərə alaraq Bakuxeber.info-nun əməkdaşlarından birini göndərdik Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinə. Əməkdaşımız iş vaxtı orda oldu və ordakı işlərlə bağlı araşdırma apardı.

Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində işləyən bir neçə işçiylə ünsiyyətdə olduq. Onlar bu idarə də hər bir işin öz qaydasında olduğunu bildirdilər. İdarədə işçilərə çox yaxşı münasibət göstərirlər. Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinə rəisi Ədalət Babayev gəldikdən sonra demək olar ki, idarədə işlər daha da yaxşılaşdı. Ədalət müəllim Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinə gələn gündən buradakı özbaşınalıqları görərək bir neçə işçini işdən azad edib və deyilənlərin yalan, böhtan oluqlarını qeyd etdilər. Və dedilər ki, kiminsə ağlında əlavə sual varsa gəlsinlər burdakı hər bir şəraiti, idarədə biz işçilərə olan davranışları görsünlər sonra yazsınlar. Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev və onun rəhbərlik etdiyi idarə əhalinin su məsələlərini daim diqqət mərkəzində saxlayırlar.

Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsi ciddi bir idarədir. Burada özbaşınalıqlar son zamanlar çox olduğu üçün bir neçə şəxsi işdən azad edildi. Və bugündən də yenə də nəzarəti gücləndirəcəyəm ki, daha öz başınalıqlar olmasın. Əgər bu cür hallar davam edərsə, işdən çıxarılanların sayı artacaq.
Bildiyiniz kimi, son illər ərzində ölkəmizdə Suvarma Sistemləri İdarəsi layihələri icra edilir, bu proses geniş vüsət almışdır. Vəzifə qoyulmuşdur ki, bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələri başa çatsın. Buna böyük ehtiyac var. Çünki bildiyiniz kimi, bölgələrdə ümumiyyətlə su qıtlığı daim hökm sürürdü. Ancaq görülmüş tədbirlər nəticəsində və qəbul edilmiş proqramlar çərçivəsində bu layihələr uğurla davam etdirilir.
Ölkəmiz müstəqilliyin daha bir uğurlu ilini başa çatdırmışdır. Bütün sahələrdə uğurlar əldə edilmiş, nailiyyətlər qazanılmışdır, əhalinin yaşayış səviyyəsi artmışdır. Ölkəmizin həm daxili, həm xarici siyasətdə qazandığı bu uğurlar ümumilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və dahiliklə təməlini qoyduğu siyasətin möhtərəm prezidentimiz, xalqın sevimli və əziz oğlu İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Rayonumuzun bütün ərazisində quruculuq və abadlıq işləri aparılır, yollar çəkilir, məktəblər və səhiyyə ocaqları tikilir, həmçinin digər tədbirlər həyata keçirilir. Bir daha möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin düzgün olduğunun şahidi oluruq, çünki xalqımız sülh və əminamanlıq şəraitində yaşayır.

Üz tutduq rayon camaatına. Onlarda qeyd etdilər ki, bəli Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinə Ədalət Babayev gəldikdən sonra, idarədə köklü dəyişikliklər oldu. Əvvəlkilərdən fərqli olaraq idarədə hər bir iş uğurla görülür.

Bəli biz Millidestek.az olaraq Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsindəki işlərlə tanış olduq. İşçilərin və rayon camaatının da dedikləri kimi Ədalət müəllim Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinə gəldiyi gündən doğrudanda idarədə bütün nöqsanları aradan qaldıraraq böyük işlər görüb. Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Ədalət müəllimin üzünü və Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.
Ədalət Babayev: Son illər ərzində ölkəmizdə Suvarma Sistemləri İdarəsi layihələri icra edilir


18 Aprel 2025 AZTV-NİN CANLI ƏFSANƏSİ
17 Aprel 2025 Təhsil İşçilərinin Hüquqlarının Müdafiəsində qətiyyətli səs – Araz Paşayev
14 Aprel 2025 Göz nurunun keşiyində duran xanım- Akademik Zərifə Əliyeva
11 Aprel 2025 Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və sülhün təminatçısı
09 Aprel 2025 "Bu il alçanın qiyməti ötən illərlə nisbətən bir qədər aşağı düşəcək” - İQTİSADÇI AÇIQLADI
07 Aprel 2025 "Azərbaycan həmişə İranla münasibətlərinin inkişafına üstünlük verib" - ŞƏRH EDİLDİ
07 Aprel 2025 “Xarici qüvvələr onlardan alət kimi istifadə edir” - MÜNASİBƏT BİLDİRİLDİ
07 Aprel 2025 Enerji təhlükəsizliyində uğurlu layihə
03 Aprel 2025 Şərurlu İsfəndiyar məhkəməyə verildi
03 Aprel 2025 Aprel döyüşləri Zəfər qələbəsinin təməlini qoydu
03 Aprel 2025 Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələ
02 Aprel 2025 Bakıya Yaşıllıq Gətirən Rəhbər – Mirdamət Seyidovun Fəaliyyəti
18 Mart 2025 Peşə Təhsilinin Ziyalı Rəhbəri – Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Direktoru Şahin Məhərrəmov
17 Mart 2025 "Aİ bu uğursuzluğunu Ermənistan vasitəsi ilə kompensaziya edir" - POLİTOLOQ AÇIQLADI
17 Mart 2025 Azərbaycan buğda idxalını 40 %-ə yaxın artırıb
17 Mart 2025 Azərbaycan Kitabxanaçılığının Fəxri – Professor Kərim Tahirov
17 Mart 2025 Yol İnfrastrukturunun İnkişafına Töhfə – Ramil Bayramov
17 Mart 2025 Qlobal dəyişikliklər və Azərbaycanın diplomatik uğurları
14 Mart 2025 Bildiyimiz dünya nizamı artıq mövcud deyil - İlham Əliyev
14 Mart 2025 Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident
14 Mart 2025 XII Qlobal Bakı Forumu: Geosiyasi və strateji hədəflər
14 Mart 2025 Kamaləddin Qafarov: “Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir”
12 Mart 2025 Azərbaycan-Şimali Makedoniya: ikitərəfli münasibətlərdə yeni mərhələ
12 Mart 2025 Rübail Məmmədov: Xeyriyyəçi Sahibkar, Şadlıq Sarayı Rəhbəri və Vətəndaşlıq Borcunu Yerinə Yetirən Dəyərli Şəxs
11 Mart 2025 "Məsələ ilə bağlı mövqeyimiz qətidir və birmənalıdır" - ŞƏRH EDİLDİ
11 Mart 2025 Xan qızı Natavanın kötücəsi -Aqiyə Naxçıvanlının ömür yolu
10 Mart 2025 Azərbaycan mədəniyyətinin parlaq səhifəsi - Milli Teatr Günü
08 Mart 2025 Kamaləddin Qafarov: “Qadınlarımız cəmiyyətdə mühüm rol oynayır”
07 Mart 2025 Azərbaycan qadınları cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər
06 Mart 2025 Azərbaycanda Novruz adət-ənənələri necə icra olunur ? - ŞƏRH EDİLDİ