![]() |
![]() |
Elektrik yuvasına qoşulmuş cihazların enerji sərf edib-etməməsi illərdir müzakirə olunan məsələdir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ukrayna ziyarətinin rədd edilməsi böyük hadisədir.
Albaniya Rusiya ilə ticarəti məhdudlaşdırmalı, limanlarını bu ölkənin gəmiləri üçün bağlamalıdır.
Bu 10 həftədə mən müxtəlif dövlətlərin parlamentlərinə müraciət etmişəm, amma sizə yox.
Danimarkanın Ukraynanın paytaxtındakı səfirliyi işini bərpa edir və bu, artıq ölkəmizə qayıdan 29-cu xarici nümayəndəlikdir.
Ukraynada münaqişənin həll olunması üçün Vladimir Putinlə görüşməyə hazıram.
Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər.
Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, yaxın, doğma adamın itirilməsinin yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.
“İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış kaman ustası, Azərbaycan Respublikasının xalq artisti Munis Şərifovla 60 illik yubileyi münasibəti ilə təbrik edib.
Qələbə parkında hər bir şəhidin adı yazılıb.
Bütün məsələlərdə bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur.