Mənim bir ehtimalım var. Daha doğrusu, ehtimaldan da o tərəfə bir həqiqətdir. Rusiyalı ideoloq Aleksandr Duqinin qızı, jurnalist Daria Duqinanın öz avtomobilində partladılaraq öldürülməsi ermənilərin işidir, erməni terrorçularının əməlidir, bu terrorda erməni izi var. Bu barədə SəsTV-də canlı yayımlanan “Gündəm” verilişində də demişəm. Teraktda Ukrayna izi, qisas izi və digər izlərin hamısı ehtimallardır. Hətta Rusiya mətbuatı partlayışın qeyri-leqal “Rusiya Milli Ordusu” adlı partizan hərəkatının öz üzərinə götürdüyü haqda məlumatlar da nədənsə şübhəli görünür. Bu qrupun bəyanatını yayan aparıcı Ponomaryovdan savayı kimsə ortada görünmür. Belə bir qrupun varlığından, yoxluğundan da kimsənin xəbəri yoxdur. Ona görə də Ermənistan və erməni terror təşkilatlarının bu qanlı olayı törətdiyini əsas versiya kimi götürmək olar.

Aleksandr Duqinin 44 günlük müharibədən əvvəl Qarabağa, Cocuq Mərcanlıya səfəri və Lələ Təpədə verdiyi açıqlama, o cümlədən müharibədən sonrakı açıqlamaları, Qarabağın Azərbaycanın torpağı olduğunu təkrarlaması onun və ailəsinin öldürülməsi üçün ermənilərin əlində əsas ola bilərdi və oldu. Ermənistan mətbuatının yazdıqlarına diqqət edək:

Bütün terroru rədd etməyimizə baxmayaraq, normal ermənilərin heç biri Duqinin öldürülmüş qızına rəğbət bəsləmirdi və bu heç vaxt ola da bilməz. Ölülər haqqında boş yerə ya yalnız yaxşı şeylər deyirlər, ya da heç nə demirlər, susurlar. Daria Duqinanın Rusiya xüsusi xidmət orqanları tərəfindən məhv edilməsi bu postulatı tamamilə təkzib edir. Çünki onun və atası haqqında yaxşı heç nə demək olmaz. İndi isə Ukraynaya rəsmi dəstək verən Bakıda açıq-aşkar qanlı “rus dünyası”nın istifadə edilmiş tərəfdarı üçün ağlayırlar.
Belə ki, yazırlar - “Daria Dugina Moskvada Qarabağ nizamlanması məsələsində Azərbaycan həqiqətlərini geniş şəkildə təbliğ edirdi, Azərbaycanın böyük dostu idi”. Əlavə olaraq, “Daria 2020-ci ildə Azərbaycanın antiterror xüsusi əməliyyatının informasiya dəstəyində böyük rol oynayıb!”. Rusiyanın Qarabağa qarşı müharibəni hər cür dəstəklədiyinə daha nə sübut lazımdır?!

Üstəlik, Duqinin özü açıq şəkildə hər şeyi öz adı ilə çağırırdı. O, Azərbaycan mətbuatına verdiyi müsahibələrində qeyd edib ki, “Ermənistan Qərbə doğru hərəkət etmək istəyəndə Qarabağ üzərində nəzarəti itirdi, çünki Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına xeyir-dua, müəyyən mənada dəstək verdi”.
Duqin cəllad kimi özünə güvənən və səmimi idi. “Biz Bakı ilə dostuq, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək etmişik və dəstəkləmişik, bu illər ərzində çox şey dəyişib. 90-cı illərdə Rusiyanı Yeltsin klanı idarə edirdi, bu, işğal hökuməti idi. Putin isə tədricən özündə gücü hiss edəndən sonra Rusiyanın maraqlarına uyğun siyasət yürütməyə, dostlarını dəstəkləməyə, rəqiblərini cəzalandırmağa başladı. Və əslində dostların dəstəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasına dəstək ifadə edildi. Paşinyan qarşısında tərəddüd edənlərin cəzası eyni idi”.

Erməni mətbuatı bir xatırlama da edib: Beynəlxalq Avrasiya Hərəkatının lideri Duqin 44 günlük müharibə başlamazdan əvvəl “Moskva-Bakı” dərgisinə müsahibəsində vurğulayıb ki, “sülh yolu ilə nizamlanmaya başlamaq üçün Ermənistan 5 rayonu, daha sonra isə digər 2 rayonu qaytarmalıdır”. Əslində bu, Duqinin ölkəmizin rəhbərliyini şantajı idi. Duqin: “Bütün münaqişə zamanı bəlli oldu ki, ermənilərin istədiyi kimi Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Qarabağın statusu ilə dəyişdirilməsinə dünyada heç kim dəstək verməyəcək. 7 rayon sövdələşmə obyekti ola bilməz və heç bir halda Dağlıq Qarabağı müstəqil Ermənistan dövləti kimi tanımaq mümkün deyil. Azərbaycanlılar oradan qovulub, etnik təmizləmə zamanı qətlə yetirilib. Bu ssenari gündəmdən kənarda qalıb”.

Gəlin bir neçə il əvvəl baş verənləri geriyə çəkək. 2018-ci ildə Bakıda “Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir” adlı Duqinin iştirak etdiyi konfrans keçirilib. Həmin tədbirdə təkcə o deyil, eyni zamanda jurnalist və siyasətçi Maksim Şevçenko, “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko, politoloq Yevgeni Bahrevski, Geopolitica.ru saytının aparıcı analitiki Aleksandr Bovdunov, Rusiya Dövlət Dumasının deputatı, Vahid Rusiya partiyası Aleksey Ezubov, Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev, Rusiya Dövlət Duması sədrinin köməkçisi Vladislav Kalxidov iştirak edirdilər.

Erməni mətbuatı bu şəxsləri Rusiya cəmiyyətində hər zaman yüksək səviyyədə ermənifobiyaya dəstək verən və saxlamaqda davam edən, həm də rəsmi Bakının bütün cinayətlərinə bəhanələr uyduranlar adlandırıb. Duqin və Şevçenkonun 2016-cı ilin aprelində dördgünlük müharibə zamanı Azərbaycan ordusunun ələ keçirdiyi yüksəkliyə o zaman qalxdıqlarını ermənilər hələ də xatırlayır.

“Ümumiyyətlə, Duqinin özü təkcə Rusiya deyil, həm də Azərbaycan təbliğatının elementi idi. O, sağ qaldı və eyni biabırçı rolu oynayan qızı öldü. Və heç birimizdə buna rəğbət ifadə edən söz yoxdur. Onlar sadəcə ola bilməzlər. Çünki ədalətin zəfəri var idi. Kimin əli ilə yaradılıb, bu ikinci sualdır. Ola bilsin ki, bu terroru amerikalılar və ingilislərlə sıx əməkdaşlıq edən Ukrayna xüsusi xidmət orqanları törədib. Bəli, rəsmi Kiyev baş verənlərdə hər hansı əli olduğunu inkar edir, lakin ondan başqa heç nə gözləmək olmaz. O, həmçinin Krımdakı partlayışlarda iştirakını da inkar edir! Hər halda, sifarişçinin və Daria Duqinanın qətlini həyata keçirənin adı önəmli deyil. Önəmli olan odur ki, o artıq yoxdur, atası isə hələ də sağdır. Şevçenko və Korotçenkonun həyatları barədə yenidən düşünməlidirlər”, deyə erməni mətbuatı hədəsindən də qalmır.

Bəli, ola bilsin ki, sabah, yaxub birisi gün Şevçenko və Korotçenko, o cümlədən Duqinin başına belə işlər gəlsin. Ermənilərin terrorla iş görmələri, bu dildə danışmaları artıq sir deyil. Və mətbuatda da çəkinmədən rusiyalı siyasilərə, ermənipərəst olmayanlara qarşı düşmən mövqedə durmaları, istədikləri şəxsə terror mesajı göndərmələri bunu deməyə əsas verir ki, bu şıltaq millət hələ də öz yerini bilmir, ağalarına təpik atır. Bu da işə yaramayanda terror əl atır. Hər halda Rusiya xüsusi xidmət orqanları bu fikirlər üzərində dayansalar Duqinanın ölümünü daha tez açarlar, qatil(lər)in kim(lər) olduğunu asanlıqla ifşa edərlər.

Tarixən qonşu ölkələrin torpaqlarına göz dikən erməni şovinizminin təşkilatçıları və daşıyıcıları, zaman- zaman rüsvaycasına məğlubiyyətlə qarşılaşsalar da, öz çirkin niyyətlərindən əl çəkmirlər.

Ardını oxu...