![]() |
![]() |
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib.
İşğalçılar etiraf edirlər ki, onların Ukrayna torpaqlarında xilas olmaq şansları yoxdur.
Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşviliyə əcnəbi ekspertlər baxış keçirərək, onun səhhətini dəyərləndirəcək.
Bəşər övladı Ulu Yaradanın şah əsəridir. Rəbbimiz bu varlığı elə üstün yaratmış , ona elə imkanlar bəxş etmiş ki...Yetər ki , bu imkanların fərqinə varıb , yüksək dəyərləndirib bir ömrü ləyaqətlə , şərəflə yaşayasan.İnsanlığa , bəşəriyyətə ,cəmiyyətə xeyirli , faydalı olasan.Əməllərinlə , əqidənlə insanlıq adını ucaldasan , şəfərləndirəsən.
Haqqında söhbət açacağım insan da məhz belə şəxsiyyətlərdəndir.O, cəmiyyətimizə çox tanış simadır. Tarix elmləri doktoru , professor , ictimai- siyasi xadim , Ana Vətən Partiyasının sədri , millət vəkili Fəzail Rəhim oğlu Ağamalı.
İnsanın kamilləşməsində yüksək tərbiyə , təhsil , sonradan qazanılan hərtərəfli təcrübə müstəsna rol oynayır. Lakin bəzi keyfiyyətlər qanla , genlə ötürülür.Alicənablıq , mənəvi dəyərlərə dərin bağlılıq , açıqfikirlilik, cəsarət , comərdlik kimi.Necə ki bu xüsusiyyətlər Fəzail müəllimin bir ömür boyu həyat kredosu olmuş və belə də davam etməkdədir.
Fəzail müəllim söz qədrini bilən çox nadir insanlardandır. Onun sözünün xüsusi çəkisi var. Hadisələrə yerində və məqamında obyektiv münasibət , təmsil etdiyi ali kürsüdən cəmiyyətin maraqlarını müdafiə , dövlətə, dövlətçiliyə yüksək ləyaqətlə xidmət Fəzail müəllimin səciyyələndirən keyfiyyətlərdir.
O, sözün tam mənasında bir ağsaqqaldır. Danışığı , duruşu , oturuşu ilə , davranışı , həyatı , ictimai- siyasi fəaliyyəti ilə örnək nümunəsi olan bir müdrikdir . Bu gün Fəzail müəllim ömrünün kamillik zirvəsindədir. Əzmlə , zəhmətllə , mübarizə ilə dolu bir ömrün 75 ilini arxada qoyub.Geriyə dönüb baxdıqda vüqarla , ləyaqətlə yaşanan bir ömür görmək mümükündür.
Elə məhz bu səbəbdən də ölkə rəhbəri Cənab İlham Əliyev Azərbaycanımızın ictimai- siyasi həyatında uzunmüddətli fəaliyyətini yüksək qiymətləndirərək Fəzail müəllimi 2- ci dərəcəli “Vətənə xidmətə görə “ordeni ilə mükafatlandırıb.
Təbrik edirik , Fəzail müəllim.Ulu Tanrıdan sizə möhkəm cansağlığı arzulayırıq. Sözünüz hər zaman kəsərli ,başınız hər zaman dik , dəyəriniz hər zaman yüksək olsun , İnşallah !
Müşfiq Kişiyev
Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulub.
Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq.
Rusiya Prezidenti Vladimir Putin hələ də ümumi səfərbərlikdən yayınmağa çalışır.