5 sentyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Ardını oxu...


Gununxeberi.az  xəbər verir ki, sentyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib.


Konfransda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Konfederasiyaya üzv təşkilatların rəhbərləri, həmçinin KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK-in sədri Səttar Möhbalıyev konfransda geniş məruzə ilə çıxış edərək, 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz və rəşadətli Azərbaycan Ordusunun şanlı döyüş yolundan, müdrik və qəhrəman xalqımızın sarsılmaz birliyindən, dəmir yumruq kimi birləşməsindən, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Vətən müharibəsi dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi: “Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu qabartdı. Qələbə cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi nəticəsi idi. Tarixi qələbə ilə Azərbaycan bir daha dünyanın inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi”.

S.Möhbalıyev qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarında erməni vəhşiliyini, barbarlığını dünyaya nümayiş etdirdi: “Beynəlxalq ictimaiyyət bir daha şahidlik etdi ki, Ermənistan illərlə dünyaya yalan satıb. Amma düşmənin bu xisləti heç də Azərbaycanı ruhdan, həvəsdən salmadı. Prezidentin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı və azad edilən torpaqlarımızda quruculuq, yenidənqurma işlərinin başlanması ilə bağlı tapşırıq verildi. Heç bir maliyyə təşkilatından, beynəlxalq qurumdan, hansısa dövlətdən yardım almadan Azərbaycan öz imkanları hesabına bu işləri həyata keçirməyə başladı. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş quruculuq işləri davam edir. Prezidentin şəxsi nəzarətində olan bu işlər sürətlə aparılır”.

S.Möhbalıyev Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində iştirakına diqqət çəkib: “Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırmaqdadır. Mehriban xanım Əliyevanın müqəddəs işə rəhbərlik etməsi onu deməyə əsas verir ki, bu layihə çox böyük uğurla həyata keçirilir. Bundan başqa, şəhid ailələri və qazilər də Mehriban xanımın diqqətindən kənarda qalmır. Onların, demək olar ki, bütün problemlərinin həllinə şəxsən dəstək olur, evlə, avtomobillə təmin olunmasında yaxından iştirak edir”.

Konfederasiya sədri Azərbaycan həmkarlar ittifaqlarının Vətən müharibəsində və ondan sonrakı dövrdə gördüyü işlərdən, döyüşən əsgər və zabitlərə, qazi və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəkdən bəhs edib: “AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 9 093 487 manat vəsait xərclənib. O cümlədən Vətən müharibəsi dövründə AHİK İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1 036 815 manat ianə edilib, Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrə¬man¬casına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları Şurasına 250 000 manat köçürülüb. AHİK və üzv təşkilatları tərəfindən Qarabağ Dirçəliş Fonduna 1 2176 50 manat vəsait köçürülüb, silahlı qüvvələrə və cəbhə bölgəsinə 2320 864 manat, “YAŞAT” Fonduna 667 668 manat ianə edilib. Şəhid və qazi ailələrinə 3600475 manatlıq birdəfəlik yardım göstərilib. 172 şəhidin 286 övladı himayəyə götürülüb. O cümlədən 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərinin 23 şəhidinin 41 azyaşlı övladının hər birinə 18 yaşına çatana qədər hər ay 150 manat ödənilməkdədir. Eyni zamanda Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması məqsədilə istəklərinə uyğun olaraq sanatoriya-kurort yollayışları ilə güzəştli şərtlərlə təmin olunurlar”.

Sonra AHİK sədri vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolundan söz açıb. Vurğulayıb ki, demokratiyanın təzahürü kimi meydana çıxan həmkarlar ittifaqları insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən əsas təsisatlardandır: “Bu gün istər ölkəmizdə, istərsə də dünyada həmkarlar ittifaqlarının fəaliyyətinə nəzər saldıqda görünür ki, bu birlik ictimai zərurətdən yaranıb, vətəndaş cəmiyyətinin formalaşmasında, liberal dəyərlərin bərqərar olmasında, demokratiyanın inkişafında müstəsna əhəmiyyətə malikdir. Dünyada mövcud olan bütün həmkarlar ittifaqlarının proqramlarına, nizamnamələrinə, məramnamələrinə ümumi nəzər saldıqda görürük ki, bu birliklərin fəaliyyətinin mərkəzində insan faktoru dayanır və onların sosial problemlərinin həllinə, iqtisadi maraqlarının təmin olunmasına, əmək sahəsində bütün qanuni hüquq və mənafelərin qorunmasına xidmət edir. Bu da insan hüquq və azadlıqlarının təminatı baxımından demokratiyanın prinsip və vəzifələrinə tam uyğun olmaqla vətəndaş cəmiyyətinin formalaşmasına və mütərəqqi istiqamətdə inkişafına mühüm töhfədir. Məhz buna görə də hər bir cəmiyyətdə vətəndaş cəmiyyətinin formalaşması üçün həmkarlar ittifaqlarının yaradılması zərurətə çevrilmişdir”.

S.Möhbalıyev deyib ki, işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərinin təmsil olunmasını, kollektiv danışıqların aparılmasını, kollektiv müqavilələrin, sazişlərin bağlanmasını və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini təşkilat özünün əsas vəzifələrindən hesab edir və bu sahədə ixtisaslaşmış ictimai qurum kimi cəmiyyətdə özünü təsdiqləyib: “Bununla yanaşı, ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əməyin mühafizəsi, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkili istiqamətində ardıcıl olaraq əhəmiyyətli və effektli işlər görülür. Həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir”.

Çıxışının sonunda S.Möhbalıyev xalqımızın bütün uğurlarının, qələbələrinin kökündə onun vahidliyinin, birliyinin dayandığını bildirib: “Qədim ədəbiyyatımız, dastanlarımız, folklorumuz vasitəsilə ata-babalarımız hər zaman bizi birliyə səsləyib. Məhz bu birlik bizi qələbədən-qələbəyə daşıyıb. Bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir. İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək”.

Sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev konfransın əhəmiyyətindən danışıb.
Konfransda Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədri Cahangir Əliyevin, Dəmiryolçuların Müstəqil HİRK-in sədri Fəzail Bağırovun, Azərbaycan Milli Elmlər Akademiyası İşçiləri Azad Hİ-nın sədri Habil Qurbanovun və Səhiyyə İşçiləri HİRK-in sədr müavini Cavid Məmmədovun çıxışları dinlənilib.
Çıxışlarda “Vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqlarının rolu” mövzusu ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin ali sərkərdəliyi ilə 44 günlük müharibədə qazanılan Qələbədən, Şuşa şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Qarabağın yenidən qurulmasından, Laçının azad edilməsi və başqa mühüm məsələlərdən də danışılıb.

Sonda AHİK Şuşa konfransı iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.
Konfrans yekunlaşdıqdan sonra iştirakçılar Şuşanın tarixi yerlərinə baş çəkib, şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar. Həmçinin onlar 30 ilə yaxın işğal dövründə ermənilərin törətdiyi dağıntılara baxıblar.
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-09_1662375513_r-7.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-09_1662375573_r-1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-09_1662375547_r-2.jpg
 
 
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-09_1662375513_r-7.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-09_1662375573_r-1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-09_1662375547_r-2.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-09_1662375548_r-3.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-09_1662375575_r-4.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-09_1662375621_r-5.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-09_1662375576_r-6.jpg


“Vətən müqəddəsdir, vətən əzizdir” deyib onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan, eyni zamanda xalqımızın tarixində bənzəri olmayan qəhrəmanlıqlar göstərməklə canından keçən vətən övladlarının adları heç zaman unudulmur, heç zaman yaddaşlardan çıxmır.


Bəli, taleyinə çoxları kimi xalqına bağlılıq duyğusu ilə yanaşmaq, doğma Vətənini sevmək istəyi yazılmış Tovuz rayon sakini, Vətən müharibəsi şəhidi Əliyev Aqil Faiq oğlunun ömür yolları barədə söhbət düşərkən, o zaman bəlli olur ki, adı çəkilən bu Qəhrəmanımız da, məhz canını, qanını torpaqlarımızın bütövlüyü uğrunda qurban verən vətən oğullarındandır. Qeyd edək ki, Qəhrəmanımızın doğma qardaşı Anar Əliyev ailəlikcə üz-üzə qaldıqları ağrılı-acılı həyata qarşı fəryad etsə də, onu bu gün nə Tovuz RİH-nin başçısı Məmməd Məmmədov, nə də ki, digər vəzifə sahibləri saya salmırlar.
Tovuzda RİH-nin başçısı şəhid ailəsinə rəzalət yaşadır

Qeyd edək ki, redaksiyamıza Tovuz rayonu, Çatax kənd inzibati ərazi dairəsinin Pələkli kənd sakini Əliyev Anar Faiq oğlu tərəfindən video-müraciət daxil olub. Adı çəkilən bu şəxs təqdim etdiyi video-müraciətində bildirir: “Qardaşım Vətən müəharibəsi şəhidi Əliyev Aqil Faiq oğlu müddətdən artıq hərbi xidmət qulluqçu (MAXE) idi. O, Azərbaycan Silahlı Qüvvələrinin MAXE-si olaraq həm Tovuz döyüşlərində, həm də 44 gün davam edən Vətən müharibəsində iştirak etdi. Bildirim ki, qardaşım Aqil Əliyev Beyləqan rayonu ərazisindəki “N” saylı hərbi hissədə xidmət edirdi və o, pulemyotçu idi. Bundan əlavə, qardaşım rabitə komandiri vəzifəsini də daşıyırdı və o, 44 gün davam edən Vətən müharibəsinin şiddətli vaxtlarında, daha dəqiq desəm 15 oktyabr 2020-ci il tarixdə Suqovuşan ərazisində həyata keçirilən döyüş əməliyyatlarının birində qəhrəmancasına şəhid oldu və Pələkli kənd qəbristanlığında da dəfn olundu. Qeyd edim ki, biz ailəlikcə dağlıq ərazidə yaşayırıq və belə bir səbəbdən də, kəndarası yollarımız bu gün də bərbad haldadır. Bildirim ki, rayonun Bozalqanlı kəndində fərdi yaşayış evim var və həmin evdə əlil bacım, xəstə qardaşım mənimlə birlikdə qalırdılar. Elə ki, qardaşım Aqil Əliyev şəhid oldu, o halda Bozalqanlıdakı evimin qapılarını bağladım və əlil bacımı, xəstə qardaşımı götürüb Pələkli kəndində yaşayan, eyni zamanda sinir xəstəsi olan anamın yanına köçdüm. Bir müddət keçdikdən sonra Tovuz RİH-nin başçısı Məmməd Məmmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədova müraciət etdim ki, Bozalqanlı kəndindəki küçəyə, hansı ki, mənim də evimin olduğu küçəyə qardaşım Aqil Əliyevin adının verilməsini, həmin küçəyə asfalt örtüyünün vurulmasının təşkil olunmasını onlardan xahiş etdim.WhatsApp Image 2022 09 05 at 10.13.19Hər iki vəzifə sahibi “Bu kimi işlərin görülməsi üçün qardaşının adına orden olmalı, bayraq meydanı olmalıdır” deyə cavab verdilər. Qeyd edim ki, qardaşımın adına “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları verilib. Mən Tovuz RİH-nin başçısı Məmməd Məmmədova, eyni zamanda Oruc Məmmədova təkrar bildirdim ki, əgər Bozalqanlı kəndindəki küçəyə, kənddəki məktəbə qardaşımın adının verilməsi, yaxud da həmin küçəyə asfalt örtüyünün vurulması çətin məsələdirsə, o halda heç olmazsa həmin küçəyə iki maşın çınqıl-daş tökdürün. Artıq iki ilə yaxınlaşır ki, RİH-də vəzifə sahibi olan bu şəxslər iki maşın çınqıl-daş tökülməsi ilə bağlı vəd veriblər, amma onlar bu gün də verdikləri vədlərinə əməl etməyiblər. Yəni, kənd yolları ilə bərabər, kənd qəbristanlığının yolları da bərbad haldadır. Bu gün ailəlikcə yaşadığımız evdə nə mavi qaz, nə də ki, internet var. Xeyli müddət bundan öncə təkrar RİH-nin başçısının qəbulunda oldum və kəndarası yolların bərbad halda olmasını bir daha Məmməd müəllimin diqqətinə çatdırdım. Dərhal o, Oruc Məmmədovun köməkçisi Azər müəllimə tapşırığını verdi və biz birlikdə küçəyə baxış keçirdik. Həmin vaxt Azər müəllim “Bu yola iki maşın çınqıl-daş bəhs edər” desə də, artıq 4-5 aydır ki, bu yöndə verilən vədə də əməl olunmayıb. Dəfələrlə zəng etmişəm, bir neçə dəfə qəbula getmişəm, hər dəfə mənə “yağlı vəd” veriblər, son anda heç bir iş görməyiblər.
Tovuzda RİH-nin başçısı şəhid ailəsinə rəzalət yaşadır

Qeyd edim ki, qardaşım olduqca vətənpərvər bir gənc idi. O, mərhum general Polad Həşimovla birlikdə Tovuz döyüşlərində vuruşdu və o, həmin döyüşlərdən sağ çıxsa da, 15 oktyabr 2020-ci il tarixdə Suqovuşanda qəhrəmancasına şəhid oldu. Atamız rəhmətə gedəndə şəhid qardaşım yaşyarımında olur. Elə ki, o, vətən torpaqlarının bütövlüyü uğrunda şəhid oldu, həmin vaxtlarda onun adına olan bulaq kompleksini, yol kənarına vurulan lövhəni biz öz vəsaitimiz hesabına ərsəyə gətirdik. Bu gün xəstə anamla, əlil bacımla, xəstə qardaşımla yaşadığım evin döşəmələri çürüyüb, imkansızlıq ucbatından evdə təmir işlərini həyata keçirə bilmirəm. RİH Aparatına etdiyim müraciətlərim, sanki “daşa dəyir”. Artıq anamın ayaqları tutulub və yaşayış vəziyyətimizin ağırlığını hər kəs gəlib öz gözləri ilə görə bilər. Şəhid qardaşımın da dəfn olunduğu kənd qəbristanlığına gedən yol bərbad halda olduğundan, qəbristanlığa hər növ nəqliyyat vasitələri gedə bilmir. Qardaşımın qəbir daşının hazırlanmasına iki min manat pul xərcləmişik.
Bir müddət bundan öncə rayonun məşğulluq idarəsinin əməkdaşları şəhid ailəsinin üzvü olduğumuzdan, bizə iki iribuynuzlu heyvan verdilər. Amma, yaxınlığımızda yaşayan və kifayət qədər də dolanışıq imkanına sahib olan digər şəhid ailəsinə isə, üç iribuynuzlu heyvan verdilər. Elə ki, anam məşğulluq idarəsinin Nəsimi adlı əməkdaşına “Mənim övladıma niyə fərq qoyursunuz” deyə sual verir, o halda o, bizə “Nazirlik belə təsdiqləyib” cavabını verir”.Tovuzda RİH-nin başçısı şəhid ailəsinə rəzalət yaşadır
Bütün bunlar onu göstərir ki, Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və rayondakı digər vəzifə sahibləri Vətən müharibəsi şəhidi Aqil Əliyevin ruhuna hörmətsizlik etməkdən savayı, şəhidin sinir xəstəsi olan yaşlı anasına, əlil bacısına, xəstə və imkansız qardaşına qardaşına qarşı da “xor münasibət”lərini sərgiləməkdə davam edirlər. Deməli, çox yaxın vaxtlarda Tovuzda Məmmədov “erası”na son qoyulmalıdır ki, digər imkansız ailələrlə bərabər, şəhid ailəsinin üzvləri də rahat nəfəs ala bilsinlər. Yoxsa, ...
Mövzuya qayıdacağıq.
Müşfiq Kişiyev