Azərbaycan tarixinə “calaq” edilən o qədər uydurma faktlar var ki, onu araşdırmaq və üzə çıxartmaq çox önəmlidir.

Belə uydurma əhvalatlardan biri də Şirvanşan I İbrahimlə Əmir Teymurun görüşü barədədir.

Qeyd edim ki, Şirvanşahlar dövlətinin 34-cü hökmdarı Şeyx İbrahim (İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubad) tarixin ən bacarıqlı diplomatı və dövlət idarəçiliyində güclü hökmdarlardan biri olub. Şeyx İbrahimin hakimiyyəti dövründə Şirvan güclü və müstəqil dövlətə çevrilib. O, qonşu ölkələrlə, Gürcüstanla, bir sıra iri yaşayış məntəqələrini öz nüfuzuna tabe etdiyi Dağıstanla müttəfiqlik və dostluq münasibətləri saxlayırdı. Şeyx İbrahim zamanında Dərbənd mahalı, Cənubi Dağıstanın Samur vadisindəki kənd və icmaları Şirvanın siyasi asılılığında idi.

Buna baxmayaraq, Şirvan Cəlairilər sülaləsi hökmdarlarından olan Sultan Əhməd və şimaldan Qızıl Orda xanı Toxtamış tərəfindən təhlükə altına düşə bilərdi. Şirvanşah I İbrahim o dövr üçün ən mühüm qərarı qəbul etməli oldu, Şərqdən Qərbə qədər böyük gücə və nüfuza malik olan Əmir Teymurla strateji tərəfdaşlıq əlaqəsi yaratdı, Qarabağda onunla görüşdü.

Qeyd edim ki, Əmir Teymur ordugah yeri kimi həmişə Qarabağı seçərdi. Bu, bir tərəfdən Qarabağın əlverişli təbii iqlim şəraiti ilə bağlı idisə, digər tərəfdən onun Şirvanşaha olan etmadından irəli gəlirdi.

Bizim tarixçilər bu görüş barədə Şərafəddin əl-Yəzdin “Zəfərnamə” əsərinə istnad edirlər. Əsərdə yazılır ki, 1381-ci ildə (1381-ci ildə Şeyx İbrahim hələ hakimiyyətə gəlməmişdi. Şeyx İbrahimlə Əmir Teymurun görüşü miladi təqvimlə 1386-1387-ci ilə təsadüf edir. Bu fakt "Zəfərnamə"ni etibarlı mənbə kimi əsas götürməyi sual altına alır - Z.Ə.) Şirvana hücum edərkən (Əmir Teymur Şirvana hücum etməyib - red.) Şirvanşah Şeyx İbrahimxəlil sərkərdə Teymurun qabağına 40 dəvə yükü ənam və 39 qulla çıxdı. Teymur Şeyx İbrahimdən soruşdu: “Qulun biri hanı?” Şirvanşah Şeyx İbrahimxəlil ona baş əyərək dedi: “Şahım, məmləkətim və rəiyyətim qul olunca, mənim qul olmağım daha əfzəldir”.

Bunları Əmir Teymurun yanında olan bir əlyazmaçı yazıb və o, Əmir Teymurun güclü və hökmlü olmasını daha qabarıq göstərmək üçün hadisələri təhrif etməsi normaldır. Əslində, Şirvan kimi böyük bir dövlətə başçılıq edən I İbrahim əsla özünü qul kimi qələmə verməzdi. Bu hadisəni yozan bizim tarixçilər Şirvanşah İbrahimin kiminsə qabağında “qul olmasını” önə çəkərək, dövlətçilik tariximizə ləkə salmağa cəhd edirlər. Əslində hadisə belə olub.

Əmir Teymur Toxtamışa qarşı çoxtərəfli strateji müharibə aparırdı. Onun qərbdə, xüsusi ilə İldırım Bəyazidə qarşı apardığı müharibəsində Şirvan xüsusi ilə vacib idi. Olduqca vacib strateji məntəqə olan Dərbənd keçidinə nəzarət edən Şirvanşahlar Teymur üçün əvəzedilməz müttəfiq idi. Əmir Teymurun Yaxın Şərqdə apardığı müharibələr zamanı Toxtamışın ona arxadan zərbə endirməsi ehtimalı olduqca yüksək idi. Eyni zamanda, Teymur Qızıl Ordaya Xəzər dənizinin şərq tərəfindən yürüş edərkən, Toxtamış Dərbənd keçidi vasitəsi ilə onun Azərbaycandakı və İrandakı mülklərinə zərbə endirə bilərdi, necə ki Təbrizi tutaraq etdi də. Buna görə xüsusi amansızlığı ilə tanınan Teymur Şirvana basqından çəkinirdi. Çünki zəif Şirvan Toxtamışın Dərbənd keçidinə nəzarət etmək niyyətinə qarşı çıxa bilməzdi. Teymurla I İbrahimin ittifaqı bununla bağlı idi. Toxtamışın 90 minlik ordusu isə Teymur üçün təhlükə idi. Bu təhlükənin qarşısını almaq üçün Şirvanşah ona hava və su kimi lazım idi.

Ona görə Əmir Teymur Bərdədə olanda Şeyx İbrahimlə görüşmək üçün ona dəvət göndərir. Şirvanşahın baş vəziri Əbu Yezid buna qarşı çıxaraq, I İbrahimə bir müddət dağlara çəkilməyi məsləhət görsə də, o, bunu qəbul etmir və Teymurun Bərdə yaxınlığında, Kür çayı sahilində qərargahına onun görüşünə gedir.

Mənbələrin verdiyi məlumata görə, I İbrahim Teymurun adına xütbə oxutdurur və pul kəsdirdikdən sonra qiymətli hədiyyələrlə Bərdəyə gəlir. Müasirləri yazır ki, Şirvanşah monqol ənənəsinə görə ”tokkuz” - doqquz qiymətli hədiyyə gətirir. Bu hədiyyələr içərisində İbrahim Nizami Gəncəvinin “7 gözəl”i timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymur hədiyyələr qoyulan çadırda, yeddi rəng tül altında dayanmış gözəllərə valeh olur və İbrahimin ilk görüşdə davranışını yüksək qiymətləndirir.

Şirvanşah I İbrahim Teymurla müttəfiqlikdən istifadə edərək gizli şəkildə Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridirdi. Birincisi, o, Teymurla Toxtamış arasındakı ədavətdən istifadə edərək, Şirvanı düşmən hücumlarından qurtardı, Şirvan müstəqil qaldı. Şirvanşah I İbrahim öz təsirini Qarabağ, Şəki, Dərbənd və Qəbələyə yaymağa nail oldu. İkincisi, Teymur İbrahimi Dərbənddən Kür çayının sahillərinə qədər Şirvan vilayətinin hakimi təyin etdi.

Şirvanşah I İbrahim əsla Teymura “mən sənin qulunam” deməyib. Çünki Teymura o, müttəfiq kimi lazım idi və Teymura Şirvana hücum etmək qəti sərf etməzdi.

Çox təəssüff ki, VII sinfin Azərbaycan tarixi dərsliyində “Hökmdarın müdrikliyi və yerli hakimin inadlı mübarizəsi” mətnində bu yanlış məlumat şagirdlərin beyninə yeridilir. Bir Azərbaycan hökmdarını qul kimi təsvir edirlər.

28 Oktyabr 2024 Şah İsmayılın portretinin orijinalı - Video
24 Oktyabr 2024 Sabir Rüstəmxanlı bu akademiyanın üzvü seçildi
10 Oktyabr 2024 Ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu
14 Sentyabr 2024 Anardan Elza Seyidcahanın qalmaqallı şeirinə reaksiya
26 İyul 2024 Şah İsmayıl barədə kitabın nəşrinə icazə verilmədi
25 İyul 2024 Pakayin Qarabağla bağlı kitab yazdı
21 İyun 2024 Sübhədək ulayan, şeir yaza bilməyən Şəhriyar...
15 İyun 2024 Hüseyn Kürdoğlunun 90 illik yubileyidir
08 İyun 2024 Nazirlikdə işdən buna görə çıxdım – Şərif Ağayar
06 İyun 2024 Səməd Vurğun özünü öldürmək üçün damarını kəsib – Səbəb
04 İyun 2024 Anasının sevgilisinə görə qaçaq düşən şair
18 May 2024 AYB sədri deputat olmağa hazırlaşır? - Açıqlama
03 May 2024 Yazarlar “Ədəbiyyat adamı” mükafatı aldılar
03 May 2024 Bu bayramı ölkəyə bizim ailə gətirdi
02 May 2024 Bir gün “Salam, sağ ol” deyəcəyik...
01 May 2024 Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? - Yazıçı
01 May 2024 Allah ədəbiyyatımıza verdiyi Salamı geri alır
15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək