![]() |
![]() |
Koreyalılar tükənənə qədər tam səfərbərlik elan etməliyik.
Və çoxlu yeni döyüşçülər dünyaya gətirməliyik. 40 illik müharibələrə hazırlaşmalıyıq.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı filosof, ictimai-siyasi xadim Aleksandr Dugin deyib.
Onun fikrincə, cəmiyyət həqiqətən vacib olan problemlərə diqqət yetirməlidir:
"Dəfələrlə demişəm ki, yaxın 40-60 ildə Rusiya müharibə aparacaq. Belə müharibələrə hazırlaşmalıyıq! Ona görə də yeni döyüşçülər və onların analarını dünyaya gətirmək lazımdır. Görürəm ki, xəbərdarlıqlarım eşidilməyib. Ona görə də açıq şəkildə xahiş edirəm: Rusiyada doğum səviyyəsini artırmaq üçün mübarizə kəskin şəkildə sürətləndirilsin. Bununla belə, qarşıdakı aylarda ümumi səfərbərlik barədə düşünün. Dövrümüzün qəhrəman çağırışları Qələbə naminə qəhrəmancasına hərəkətlər və fədakarlıq tələb edir".