Son xəbərlər

 

Dünya liderləri artıq Donald Trampı ABŞ-ın 47-ci prezidenti seçilməsi münasibətilə təbrik etməyə başlayıb.

 

Axar.az xəbər verir ki, Trampı ilk təbrik edənlərdən biri İsrail Baş naziri Benyamin Netanyahu olub.

Netanyahu Trampın qələbəsini “Ağ Evə möhtəşəm qayıdış” adlandırıb.

Fransa Prezidenti Emmanuel Makron Trampla bir yerdə işləməyə hazır olduğunu bildirib:

“Prezident Donald Trampı təbrik edirəm. Biz dörd il ərzində etdiyimiz kimi, birlikdə işləməyə hazırıq”.

Britaniya Baş naziri Keyr Starmer də Trampa təbrikində qarşıdakı illərdə birlikdə işləməyi səbirsizliklə gözlədiyini deyib.

“Prezident Trampın qlobal məsələlərə “güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirirəm. Məhz bu prinsip Ukraynada ədalətli sülhü praktiki olaraq yaxınlaşdıra bilər. Ümid edirəm ki, biz birlikdə bunu reallığa çevirəcəyik”, - Ukrayna Prezidenti Vladimir Zelenski təbrikində vurğulayıb.

Serbiya Prezidenti Aleksandr Vuçiç təbrikində ölkəsinin sabitlik, firavanlıq və sülh naminə ABŞ-la əməkdaşlığa sadiq olduğunu bəyan edib.

NATO Baş katibi Mark Rutte Trampa təbrikində əməkdaşlığa ümid etdiyini qeyd edib.

Hindistan Baş naziri Narendra Modi Trampı rəhbərliyində əməkdaşlığın bərpa olunmasını səbirsizliklə gözlədiyini vurğulayıb.

“Təbrik edirəm, cənab Prezident Donald Tramp! Siz bunu etdiniz!” - Polşa Prezidenti Andjey Dudanın təbriki belədir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Trampı qələbə münasibətilə təbrik edərək, güclü transatlantik gündəm üzərində birgə işləməyi təklif edib.

“Bizim ümumi məqsədimiz ABŞ administrasiyasındakı dəyişikliklərə baxmayaraq, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə qalmasını təmin etmək və biz onları vətəndaşlarımızın mənafeyi naminə inkişaf etdirməyə davam etməkdir”, - Çexiya Baş naziri Pyotr Fiala təbrikində bildirib.

23 May 2025 Vəziyyət olduqca mürəkkəbdir - Bolton
22 May 2025 Danışıqların ikinci raundu bu sazişdən sonra olacaq - Yermak
22 May 2025 Ermənistan hərbi xidməti pullu etdi, yaş həddini qaldırdı
22 May 2025 Bu ərazidə ruslar 63 mindən çox itki verib - Zelenski
20 May 2025 Rusiya bunu istəyir, mən razıyam - Tramp
20 May 2025 Vensdən Avropaya: Tanqo üçün iki nəfər lazımdır!
19 May 2025 Moskva və Kiyev razılığa gələ bilməsə... - Vens
19 May 2025 İsrail bütün Qəzzaya nəzarət edəcək – Netanyahu
19 May 2025 Tramp qadağa qoymuşdu, bu ölkə tankları Ukraynaya göndərir
19 May 2025 Baydendə xərçəng xəstəliyi aşkarlandı
14 May 2025 Rusiyanı bölməklə bağlı planlar qurulur - Narışkin
14 May 2025 Paşinyan seçim etməlidir, yoxsa Rusiya... - Belyayev
14 May 2025 Putinə deyəcəm ki, lənət şeytana, danışıq apar - Silva
14 May 2025 Normallaşma Şara ilə görüşlə başladı - Tramp
13 May 2025 AB görüşü gözləyir, Putin imtina etsə... - KİV
13 May 2025 Pakistan elan etdi: 51 ölü, 121 yaralı
12 May 2025 Rusiya və Ukrayna yaxın günlərdə kompromisə gələcək - Fidan
12 May 2025 Belousov bizi biabır etdi: Rus hərbi elitası qəzəbləndi
12 May 2025 HƏMAS ABŞ vətəndaşı olan girovu azad edəcək
10 May 2025 Bu ölkədə şahmat qadağan edildi
10 May 2025 Fidandan Ukrayna açıqlaması: Buna hazırıq!
10 May 2025 Trampdan etiraf: Putinlə danışıq aparmaq…
09 May 2025 PKK-nın tərk-silah olunması... – DEM Partiyası
09 May 2025 ABŞ uğursuz olarsa, Türkiyə var - Sikorski
09 May 2025 Hindistan və Pakistan arasında nüvə savaşı olsa... - ABŞ
08 May 2025 Zelenski Rusiyaya PUA hücumundan danışdı
08 May 2025 Şara açıqladı: İsraillə buna görə danışıqlar aparılır
07 May 2025 Hindistanla nüvə müharibəsi başlaya bilər - Pakistan
07 May 2025 Szinpin Tayvanla bağlı əmr verdi: 2027-ci ilə kimi...
06 May 2025 Ruslar Putinin içdiyi kefiri marketlərdən “süpürdülər”