Son xəbərlər

 

ABŞ Dövlət katibi Entoni Blinken oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

 

Axar.az APA-ya istinadən xəbər verir ki, bəyanatda Gürcüstan rəhbərliyinə seçki prosesindəki çatışmazlıqları aradan qaldırmaq, “fundamental azadlıqları baltalayan” qanunları ləğv etmək çağırışları edilib.

“2024-cü ildə beynəlxalq və yerli müşahidəçilər hakim partiyanın ictimai resurslardan sui-istifadə etməsi, səslərin satın alınması və seçiciləri hədələməsi ilə müşahidə olunan seçkiqabağı mühiti qeyd ediblər ki, bütün bunlar qeyri-bərabər rəqabətə töhfə verib, ədalətli nəticənin mümkünlüyünə ictimai və beynəlxalq inamı sarsıdıb. Beynəlxalq və yerli müşahidəçilər səsvermə gününün ümumilikdə yaxşı idarə olunduğunda razılaşsalar da, biz pozuntular və bəzi hallarda zorakılıq halları barədə xəbərləri qeyd edirik. Beynəlxalq müşahidəçilər nəticələrin azad və ədalətli olduğunu bəyan etməyiblər. Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik, beynəlxalq və yerli müşahidəçilərin seçki pozuntuları barədə məlumatlarının tam araşdırılması çağırışlarına qoşuluruq.

Daha irəli gedərək, biz Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə, fundamental azadlıqları baltalayan qanunvericiliyi ləğv etməyə və seçki prosesindəki çatışmazlıqları birlikdə aradan qaldırmağa təşviq edirik. Gürcüstanın konstitusiyasında təsbit olunmuş Avropa və Avro-Atlantik inteqrasiya məqsədləri hökumətdən vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarına və bütün Gürcüstan vətəndaşlarının fundamental azadlıqlarına hörmət etməyi tələb edir”, - Blinkenin bəyanatında qeyd olunub.

12 May 2025 Rusiya və Ukrayna yaxın günlərdə kompromisə gələcək - Fidan
12 May 2025 Belousov bizi biabır etdi: Rus hərbi elitası qəzəbləndi
12 May 2025 HƏMAS ABŞ vətəndaşı olan girovu azad edəcək
10 May 2025 Bu ölkədə şahmat qadağan edildi
10 May 2025 Fidandan Ukrayna açıqlaması: Buna hazırıq!
10 May 2025 Trampdan etiraf: Putinlə danışıq aparmaq…
09 May 2025 PKK-nın tərk-silah olunması... – DEM Partiyası
09 May 2025 ABŞ uğursuz olarsa, Türkiyə var - Sikorski
09 May 2025 Hindistan və Pakistan arasında nüvə savaşı olsa... - ABŞ
08 May 2025 Zelenski Rusiyaya PUA hücumundan danışdı
08 May 2025 Şara açıqladı: İsraillə buna görə danışıqlar aparılır
07 May 2025 Hindistanla nüvə müharibəsi başlaya bilər - Pakistan
07 May 2025 Szinpin Tayvanla bağlı əmr verdi: 2027-ci ilə kimi...
06 May 2025 Ruslar Putinin içdiyi kefiri marketlərdən “süpürdülər”
06 May 2025 Putin bununla Trampı əsəbiləşdirdi
05 May 2025 Rusiya bütün Ukraynanı istəyir - Tramp
05 May 2025 ABŞ yenə Sənaya zərbə endirdi: ölənlər var
02 May 2025 Tramp bu kanalların maliyyəsini dayandırdı
01 May 2025 Tramp Ukraynaya silah ixracına icazə verdi
01 May 2025 Ərdoğandan Suriyadakı gərginliyə: Məsləhət görürəm ki...
01 May 2025 Ukrayna Rusiyaya güzəştə hazırdır - Kelloq
01 May 2025 Putin hiyləgər adamdır, onu buna məcbur edəcəm - Tramp
01 May 2025 Bu, Ukraynanı "pis"lərdən qoruyacaq - Tramp
30 Aprel 2025 Onların Şimali Kiprin yanında olacağına inanırıq - Ərdoğan
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən böyük jest
30 Aprel 2025 Putin ABŞ-la münasibətləri bərpa etmək istəyir - Uitkoff
30 Aprel 2025 Rusiya Belarusdan hücuma hazırlaşır: Amma hara? - Zelenski
29 Aprel 2025 Ankaradan Rusiya-ABŞ danışıqları ilə bağlı açıqlama
29 Aprel 2025 Ukraynadakı münaqişə son mərhələdədir - Tramp
29 Aprel 2025 Putinin atəşkəsi kifayət deyil - Meloni