Son xəbərlər

 

Qasım Süleymanidən başlayaraq, HƏMAS rəhbəri, Hizbullah liderinin öldürülməsi də daxil olmaqla, İranın daxilinə bu vaxta kimi edilən hücumları nəzərə alsaq, Tehran rejimi İsrailə qarşı çox məhdud cavablar vermişdi.

Bu şəkildə məhdud qarşılıq verilməsi isə daxili ictimaiyyət tərəfindən çox tənqid edilib. Yəni daxili ictimaiyyət, müxtəlif qruplar İsrailə qarşılıq verilməsini, Təl-Əvivin vurulmasını, savaş elanını tələb edirdi.

Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz İranın İsrailə raket zərbəsi endirməsini şərh edərkən deyib.

O, İranın bu addımı həm daxildəki nüfuzunu bərpa etmək, həm siyasi imicinə dəyən zərəri aradan qaldırmaq üçün atdığını bildirib:

“Axrıncı dəfə İsrailin Haniyənin öldürüldüyü zaman Qəzzada atəşkəs edilməsinin qarşılığında İrandan buna cavab verilməməsi sözü aldıqları, ancaq Nəsrullahın öldürülməsi ilə bu anlaşmanı pozduğu bildirilir. Həmçinin masada Qəzzada da atəşkəsin baş tutmadığı həqiqəti var. İran da yekunda mövcud hərbi imkanını təcrübədən keçirmək istədi. Nəticədə ötən gecədən başlayaraq İslam Respublikasının daxilindən – bu, olduqca önəmli detaldır – sayı dəqiqləşdirilməmiş, təqribən 200-300 ballistik raket göndərildi. Həmin raketlərdən bəziləri İsrailin Dəmir Qübbə sistemindən yayına bildi. Dolayısı ilə İran bunu etməklə həm siyasi, hərbi qarşılıq verdi, həm də daxili ictimaiyyəti susdurdu və rahatlatdı. Ona görə də bu hücum siyasi və hərbi nöqteyi-nəzərdən nəticələri hər nə olursa-olsun, önəmlidir. Təbii ki, hücumdan əvvəl ABŞ-a, Rusiyaya xəbər verilməsi, bundan iki gün əvvəl isə hücum ediləcək hədəfləri sadalaması göz önünə gətirildiyində, bu addım bütün tərəflərə - İsrail, İran, ABŞ-a sərf edən davranış şəklidir. Düzdür, İsrailin buna verəcəyi qarşılıq da maraqla gözlənilir. Amma ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər həm İsrail, həm İranın cəbhəni genişləndirəcək ciddi addım atacağı gözlənilmir”.

Qeyd edək ki, 1 oktyabrda İran öz ərazisindən israilə kütləvi raket hücumu həyata keçirib.

23 May 2025 Vəziyyət olduqca mürəkkəbdir - Bolton
22 May 2025 Danışıqların ikinci raundu bu sazişdən sonra olacaq - Yermak
22 May 2025 Ermənistan hərbi xidməti pullu etdi, yaş həddini qaldırdı
22 May 2025 Bu ərazidə ruslar 63 mindən çox itki verib - Zelenski
20 May 2025 Rusiya bunu istəyir, mən razıyam - Tramp
20 May 2025 Vensdən Avropaya: Tanqo üçün iki nəfər lazımdır!
19 May 2025 Moskva və Kiyev razılığa gələ bilməsə... - Vens
19 May 2025 İsrail bütün Qəzzaya nəzarət edəcək – Netanyahu
19 May 2025 Tramp qadağa qoymuşdu, bu ölkə tankları Ukraynaya göndərir
19 May 2025 Baydendə xərçəng xəstəliyi aşkarlandı
14 May 2025 Rusiyanı bölməklə bağlı planlar qurulur - Narışkin
14 May 2025 Paşinyan seçim etməlidir, yoxsa Rusiya... - Belyayev
14 May 2025 Putinə deyəcəm ki, lənət şeytana, danışıq apar - Silva
14 May 2025 Normallaşma Şara ilə görüşlə başladı - Tramp
13 May 2025 AB görüşü gözləyir, Putin imtina etsə... - KİV
13 May 2025 Pakistan elan etdi: 51 ölü, 121 yaralı
12 May 2025 Rusiya və Ukrayna yaxın günlərdə kompromisə gələcək - Fidan
12 May 2025 Belousov bizi biabır etdi: Rus hərbi elitası qəzəbləndi
12 May 2025 HƏMAS ABŞ vətəndaşı olan girovu azad edəcək
10 May 2025 Bu ölkədə şahmat qadağan edildi
10 May 2025 Fidandan Ukrayna açıqlaması: Buna hazırıq!
10 May 2025 Trampdan etiraf: Putinlə danışıq aparmaq…
09 May 2025 PKK-nın tərk-silah olunması... – DEM Partiyası
09 May 2025 ABŞ uğursuz olarsa, Türkiyə var - Sikorski
09 May 2025 Hindistan və Pakistan arasında nüvə savaşı olsa... - ABŞ
08 May 2025 Zelenski Rusiyaya PUA hücumundan danışdı
08 May 2025 Şara açıqladı: İsraillə buna görə danışıqlar aparılır
07 May 2025 Hindistanla nüvə müharibəsi başlaya bilər - Pakistan
07 May 2025 Szinpin Tayvanla bağlı əmr verdi: 2027-ci ilə kimi...
06 May 2025 Ruslar Putinin içdiyi kefiri marketlərdən “süpürdülər”