Son xəbərlər

 

Ermənistan Qərbin Rusiyaya tətbiq edilən sanksiyalarının dəlinməsində müstəsna rol oynayır.

Amma Avropa qurumları buna heç bir reaksiya vermir. Fakt odur ki, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi Rusiya-Ukrayna müharibəsinə qədər 2 milyard dollara çatmırdı. Müharibə başlayandan sonra isə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 9 milyard dollara qədər yüksəldi. İndi isə proqnozlaşdırılır ki, bu rəqəm 15-16 milyard səviyyəsinə qədər artacaq.

Axar.az xəbər verir ki, bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, VI çağırış Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, Ermənistanın əhalisi, iqtisadiyyatı, potensialı bu qədər maliyyəni normal iqtisadiyyata yönəltmək imkanında deyil:

“Hamıya məlumdur ki, Ermənistan hazırda reeksportla məşğuldur. Bunun hansı istiqamətdə getdiyi də məlumdur. Təəssüflər olsun ki, Ermənistanla bağlı Qərb həmişə ikili standartlardan çıxış edir. Bu dəfə isə Qərb bunu hiyləgər şəkildə edir. Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyi halda, Qərb öz mallarını Ermənistan vasitəsi ilə bu ölkəyə çatdırır”.

Səməd Seyidov hesab edir ki, bu fakt bir daha Qərbin ikili standartalarını, onun beynəlxalq qanunlara riayət etməsi ilə bağlı məsələləri aydın şəkildə göstərir:

“Azərbaycan tərəfi də bunu yaxşı bilir. Çünki Ermənistan heç vaxt müstəqil olmayıb. Hazırda da bu ölkə hər iki tərəfin, yəni Qərblə Rusiyanın əlində alətdir. Qərb məhz Ermənistanı alət kimi istifadə edərək Qafqazda sabitliyi pozmaq istəyir. Eyni zamanda bu ölkə vasitəsilə Qərb öz məhsullarını üçüncü tərəfə satır. Rusiya isə Ermənistandan həmişə bir alət kimi isitifadə edib. Erməni lobbisindən istifadə edərək Kreml Qərb ölkələrində öz maraqlarına uyğun məsələləri həll edir. Onların vasitəsi ilə Qərb dövlətlərinin içərəsində təsir imkanları əldə edib öz maraqlarını təmin etmək siyasəti aparır.

Nəticədə Ermənistan müstəqillikdən uzaq olur. Çünki bu siyasəti aparan dövlət sonda mütləq uduzacaq. Burada birinci və ikinci tərəf istər-istəməz Ermənistanın deyil, özünün maraqlarını həyata keçirəcək. Bundan fərqli olaraq isə Azərbaycan hər zaman özünün milli maraqlarını ön planda tutan, onu güclü şəkildə müdafiə edən bir dövlətdir. İkili standartlar nə qədər geniş yayılsa da, Azərbaycan özünün milli maraqlarını gündəmə gətirib müdafiə etməsi ən düzgün və real siyasətdir”.

23 May 2025 Vəziyyət olduqca mürəkkəbdir - Bolton
22 May 2025 Danışıqların ikinci raundu bu sazişdən sonra olacaq - Yermak
22 May 2025 Ermənistan hərbi xidməti pullu etdi, yaş həddini qaldırdı
22 May 2025 Bu ərazidə ruslar 63 mindən çox itki verib - Zelenski
20 May 2025 Rusiya bunu istəyir, mən razıyam - Tramp
20 May 2025 Vensdən Avropaya: Tanqo üçün iki nəfər lazımdır!
19 May 2025 Moskva və Kiyev razılığa gələ bilməsə... - Vens
19 May 2025 İsrail bütün Qəzzaya nəzarət edəcək – Netanyahu
19 May 2025 Tramp qadağa qoymuşdu, bu ölkə tankları Ukraynaya göndərir
19 May 2025 Baydendə xərçəng xəstəliyi aşkarlandı
14 May 2025 Rusiyanı bölməklə bağlı planlar qurulur - Narışkin
14 May 2025 Paşinyan seçim etməlidir, yoxsa Rusiya... - Belyayev
14 May 2025 Putinə deyəcəm ki, lənət şeytana, danışıq apar - Silva
14 May 2025 Normallaşma Şara ilə görüşlə başladı - Tramp
13 May 2025 AB görüşü gözləyir, Putin imtina etsə... - KİV
13 May 2025 Pakistan elan etdi: 51 ölü, 121 yaralı
12 May 2025 Rusiya və Ukrayna yaxın günlərdə kompromisə gələcək - Fidan
12 May 2025 Belousov bizi biabır etdi: Rus hərbi elitası qəzəbləndi
12 May 2025 HƏMAS ABŞ vətəndaşı olan girovu azad edəcək
10 May 2025 Bu ölkədə şahmat qadağan edildi
10 May 2025 Fidandan Ukrayna açıqlaması: Buna hazırıq!
10 May 2025 Trampdan etiraf: Putinlə danışıq aparmaq…
09 May 2025 PKK-nın tərk-silah olunması... – DEM Partiyası
09 May 2025 ABŞ uğursuz olarsa, Türkiyə var - Sikorski
09 May 2025 Hindistan və Pakistan arasında nüvə savaşı olsa... - ABŞ
08 May 2025 Zelenski Rusiyaya PUA hücumundan danışdı
08 May 2025 Şara açıqladı: İsraillə buna görə danışıqlar aparılır
07 May 2025 Hindistanla nüvə müharibəsi başlaya bilər - Pakistan
07 May 2025 Szinpin Tayvanla bağlı əmr verdi: 2027-ci ilə kimi...
06 May 2025 Ruslar Putinin içdiyi kefiri marketlərdən “süpürdülər”