Ukrayna Prezidenti Vladimir Zelenski ilə amerikalı həmkarı Co Bayden arasında bu ay görüş olacaq.
Axar.az xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib.
"Bu ay Prezident Baydenlə görüşümüz planlaşdırılıb. Mən ona qələbə planını - bu müharibəni sülhə doğru istiqamətləndirmək üçün Ukraynaya kifayət qədər güc verəcək bir-biri ilə əlaqəli həllər sistemi təqdim edəcəyəm", - Zelenski vurğulayıb.
Qeyd edək ki, ötən gün Ağ Ev iki lider arasında görüşü təsdiqləməmişdi.