Ermənistan və Gürcüstan şərabçılarına qarşı sanksiyalar tətbiq edilməlidir.
Axar.az xəbər verir ki, bununla bağlı “Ukrvinprom” konsernin direktoru Vladimir Kuçerenko bildirib.
Onun sözlərinə görə, bu ölkələrin şərab istehsalçılarının həm Rusiyaya, həm də eyni vaxtda Ukraynaya məhsul göndərməsi qəbuledilməzdir:
“Artıq bir ildir ki, biz məhsulları Rusiyaya tədarük edilən Gürcüstan və Ermənistandan olan şərab və brendi istehsalçılarına qarşı sanksiyaların tətbiq olunmasını xahiş edirik, verilən vədlərə baxmayaraq, bu malların bizdə satışı davam edir”.