Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, seçkidə qalib gəlsə, vəzifəsinin ilk günündə Fələstin-İsrail münaqişəsini həll edə biləcək.
Axar.az xəbər verir ki, bu barədə o, X şəbəkəsində yazıb.
"Ölkəmiz və inanılmaz xalqımız Co Baydenin dövründə təhlükəsiz deyil və Kamala Harrisin dövründə daha az təhlükəsiz olacaq. Mən prezident olsaydım, bu dəhşət heç vaxt baş verməzdi və Oval kabinetə qayıdan gün bu dəhşət dayanacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Tramp Ukrayna savaşını da 24 saata bitirəcəyini açıqlayıb.