İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda əməliyyatı başa çatdırıb və bu əməliyyat zamanı hərbçilər 250-dən çox radikalı məhv edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.
Xüsusilə təxminən altı kilometr uzunluğunda altı tunelin dağıdıldığı, altı girovun geri qaytarıldığı bildirilir.
Həmçinin hərbi əməliyyatlar zamanı 98-ci diviziya qüvvələri Xan Yunis və Deyr əl-Bələh ərazilərində HƏMAS-ın onlarla infrastruktur obyektini məhv edib.