ABŞ başqa ölkələri günahlandırmaq əvəzinə, Ukrayna münaqişəsinin həlli üçün digər dövlətlərlə birgə çalışmalıdır.
Axar.az xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuan bildirib.
"ABŞ-a tövsiyə etmək istərdik ki, öz öhdəliklərindən yayınıb qarşıdurma yaratmaq əvəzinə, digər ölkələrlə, o cümlədən Çinlə gücünü birləşdirsin”, - Şuan qeyd edib.