Ukrayna gələn ildən etibarən Rusiya neft və qazının AB-yə tranzitini dayandıracaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“2025-ci il yanvarın 1-dən Slovakiya, Çexiya və Macarıstan kimi ölkələrin Rusiya neftini aldığı “Drujba” neft kəməri fəaliyyətini dayandıracaq. AB-nin qətnaməsi var idi ki, onlar neft tədarükünü diversifikasiya etmək üçün imkanlar tapmalıdırlar”, - Podolyak bildirib.
Podolyakın sözlərinə görə, hər hansı bir ölkə Qazaxıstan və ya Azərbaycan qazını almağı zəruri hesab edərsə, Ukrayna onun tranzitində iştirak etməyə hazırdır.