“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yle” agentliyi Mərkəzi Finlandiya polisinə istinadən məlumat yayıb.
“Pirkanmaa bölgəsindəki Kuhmoinen şəhərindəki silah və hərbi texnika muzeyinin sahibi oğurluq zamanı döyülüb”, - nəşr yazır.
Agentliyin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən iki nəfər Kanqasalada saxlanılıb. Onların avtomobilindən 7 ədəd oğurlanmış silah tapılıb.