Kiyev Qərb ölkələrinin vəd etdiyi bütün “Patriot” hava hücumundan müdafiə sistemlərini hələ də almayıb.
Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Hava hücumundan müdafiə sistemi haqqında da danışacağıq. Bir neçə “Patriot” sistemi vəd edilib, lakin hələ də çatdırılmayıb”, - Kuleba bildirib.