Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına və pravoslav kilsəsinə hücumlar planlaşdıran beynəlxalq terror təşkilatının altı üzvünü saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Rusiya İstintaq Komitəsi Daxili İşlər Nazirliyi ilə birgə İnquşetiya Respublikası ərazisində silsilə terror cinayətlərinin qarşısını alıb. Nazran şəhəri və Kantışevo kəndində respublika hüquq-mühafizə orqanlarının əməkdaşlarına, habelə dini obyektlərə qarşı təxribat və terror aktları törətmək niyyətində olan Rusiya Federasiyasının vətəndaşları, ölkədə qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları olan 6 nəfər müəyyən edilərək saxlanılıb. Terrorçular xüsusilə Sunja şəhərindəki Müqəddəs Məryəmin Şəfaət kilsəsinə hücum hazırlayırdılar”, - FTX-dən bildirilib.