Hindistan ABŞ-la 73 min ədəd “SIG-Sauer-716 Patrol” avtomatik hücum tüfənginin tədarükü üçün müqavilə imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.
“500 metrdən hədəfi məhv etmək qabiliyyətinə malik tüfəng Hindistanın Çin və Pakistanla sərhədlərində yerləşən ordu hissələrini silahlandırmaq üçün nəzərdə tutulub”, - məlumatda qeyd olunub.
Müqavilə Hindistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən sürətləndirilmiş hərbi təchizat proqramı çərçivəsində imzalanıb.