ABŞ-ın müdafiə naziri Lloyd Ostin artan regional gərginlik fonunda ölkənin hərbi varlığını gücləndirmək üçün “Avraam Linkoln” və “Teodor Ruzvelt” aviadaşıyıcılarının rəhbərlik etdiyi iki zərbə qrupunun Yaxın Şərqdə mövcudluğunu davam etdirməyi əmr edib.
Axar.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Qeyd edilib ki, Ostin bu qərarını İsrail müdafiə naziri Yoav Qallantla telefon danışığından sonra elan edib.